Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 652

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Hüquq məsləhətçisi

  • Истекает 4 апрель 2025

Struktur bölmənin adı

Bankların fəaliyyətinə nəzarət departamenti \ Lisenziyalaşdırma bölməsi

Vəzifənin funksiyaları:

  • Daxil olmuş sorğu və məktubları qanunvericiliyə uyğun olaraq cavablandırır;
  • Bölmənin funksiyalarına aid müxtəlif hesabat və təqdimatların hazırlanmasında iştirak edir;
  • Bölmənin fəaliyyət sahəsi üzrə qanunvericilik aktlarına zəruri dəyişikliklərin edilməsi barədə təkliflər hazırlayır, o cümlədən dəyişiklik layihələrinə aidiyyəti üzrə hüquqi rəy hazırlayır;
  • Bankların inzibatçılarının təyinatı ilə bağlı müraciətlərə baxır, müsahibələrin təşkilini həyata keçirir və onların, habelə verilmiş lisenziya və icazələrin, o cümlədən bankların filial, şöbə və nümayəndəliklərinin ictimaiyyət üçün açıq olan reyestrini aparır;
  • Qanunvericiliyə müvafiq olaraq tələb olunan şəxslərin məqbul və lazımi keyfiyyətə malik olmasına dair məlumatlarını yoxlayır;
  • Bankların nizamnaməsində edilən dəyişikliyə razılıq verilməsi üçün təqdim edilən layihələrin ekspertizasını həyata keçirir;
  • Qanunvericiliyə uyğun olaraq bankların nizamnamə kapitalında mühüm iştirak payının əldə edilməsi, habelə bankların hüquqi şəxslərin kapitalında mühüm iştirak payını təşkil edəcək və ya artıracaq, habelə hüquqi şəxsi bankın törəmə strukturuna çevirə biləcək iştirak payı əldə edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq müraciətlərə baxır və mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında sənədləri yoxlayır və aidiyyəti struktur bölmələrdən rəy alır;
  • Bank sahəsində lisenziya və icazələrin alınması ilə bağlı təqdim edilmiş sənədlərin hüquqi ekspertizasını həyata keçirir, təhlil edir, zəruri sorğular hazırlayır və rəhbərliyə müvafiq arayışlar, təqdimatlar hazırlayır
  • Bölmənin funksiyaları daxilində rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir. 

Texniki kompetensiyalar

  • Təqdimat və yazı bacarığı (yaxşı səviyyədə) 
  • Bankçılıq (yüksək səviyyədə) 
  • Qanunvericilik sistemi haqqında biliklər (yaxşı səviyyədə) 
  • Mülki hüquq (yaxşı səviyyədə)
  • Maliyyə bazarları sahəsində qanunvericilik (yaxşı səviyyədə) 
  • Azərbaycan əmək qanunvericiliyi biliyi (orta səviyyədə) 

Təcrübə

  • Maliyyə, iqtisadi və ya hüquq sektorunda 1 illik təcrübə 

Təhsil

  • Ali təhsil (Hüquq)

Dil bacarığı

  • Səlis azərbaycan dili, yaxşı səviyyədə ingilis dili bacarığı 
  • Rus dili arzuolunandır 

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə)
  • Daily145
  • Weekly380
  • Monthly954