Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 300

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Financial & Insurance Activities , Banking

Hüquq məsləhətçisi

  • Deadline 24 August 2026

Struktur bölmənin adı

  • Maliyyə bazarlarının hüquqi təminatı departamenti \ Kapital bazarlarının hüquqi təminatı şöbəsi 

Vəzifənin funksiyaları:

  • Maliyyə bazarları üzrə qanunvericiliyin təkmilləşdirilməsində və müvafiq hüquqi aktların hazırlanmasında iştirak edir;
  • Qanunvericilik, o cümlədən maliyyə bazarları qanunvericiliyi üzrə yenilikləri daimi əsasda izləyir və təhlil edir;
  • Maliyyə bazarlarının müvafiq sahəsi üzrə beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil edir;
  • Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrini təhlil edir;
  • Aparılan təhlil nəticələri ilə bağlı zəruri arayışlar, təqdimatlar, rəy və təkliflər hazırlayır;
  • Hüquqi məsələlərə dair Şöbəyə daxil olan müraciətlərə və sorğulara cavablar hazırlayır;
  • Şöbənin əməliyyat planlarının və büdcəsinin hazırlanmasında iştirak edir, əməliyyat planından irəli gələn üzərinə düşən vəzifələri icra edir;
  • Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür;

Texniki kompetensiyalar

  • Hüquqi araşdırma bacarığı 
  • Hüquqi əsaslandırma bacarığı
  • Detallara diqqət yetirmək
  • Müzakirə aparmaq bacarığı
  • Problemlərin müstəqil həlli bacarığı
  • Analitik və hüquqi düşüncə bacarığı
  • Təqdimat və yazı bacarığı

Təcrübə

  • Hüquqşünaslıq ixtisası üzrə 2 il iş təcrübəsi 

Təhsil

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil 

Xüsusi kompetensiyalar

  • Mülki hüquq və maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər – mütləqdir

Dil bacarığı

  • Səlis azərbaycan dili, yaxşı səviyyədə ingilis dili bacarığı 

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə) 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily109
  • Weekly230
  • Monthly1414