Əsas vəzifə funksiyaları:
- Sistemlərin iştirakçılar tərəfindən istifadəsinin 24/7/365 rejimində monitorinqinin həyata keçirilməsi
- Sistemlər üzrə kommunikasiya protokollarının və cari əməliyyatların monitorinqi
- Monitorinq nəticəsində yaranmış problemlərin, o cümlədən likvidlik və digər risklərin aradan qaldırılması üçün ilkin tədbirlərin görülməsi
- İnsidentlərin qeydiyyatının aparılması
- Sistemlər üzrə müştərilərdən və iştirakçı təşkilatlardan qəbul olunan müraciətlərin ilkin araşdırılmasının həyata keçirilməsi
- Periodik olaraq müraciətlərin statistikasının çıxarılması, analizi
- Sistemlər üzrə müvafiq hesabatların hazırlanması
- Sistemlər üzrə yeniliklərin və funksionallıqların ilkin testləşdirilməsinin aparılması
- Sistemlərin fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi üçün server otaqlarında texniki şəraitə nəzarətin həyata keçirilməsi
- Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Müxtəlif platformalı (Linux, Windows) əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər;
- Müasir proqram və texniki platforma üzrə nəzəri və praktiki biliklər;
- JSON və XML strukturu üzrə biliklər.
- Verilənlər Bazasının İdarəedilməsi sistemləri üzrə biliklər;
- Stressə davamlılıq
- Məsuliyyətlilik
- Ünsiyyətqurma və komanda ilə işləmək bacarığı
- Analitik düşünmə bacarığı
- Problemləri həll etmə etmə bacarığı
Digər:
- Dil bilikləri - Səlis azərbaycan, orta səviyyədə ingilis dili və rus dili bacarığı
- Təcrübə - İT sahəsi üzrə minimum 1 il iş təcrübəsi tələb olunur
- Təhsil - Ali təhsil tələb edilir
- Kompüter bacarıqları - MS Office (Word, Excell, Power Point)