Əsas vəzifə funksiyaları:
- Siyasət, proses, qaydaların hazırlanması. Onların vaxtaşırı yenidən baxılması və yenilənməsi;
- Təşkilatda tətbiq ediləcək müxtəlif texnoloji yanaşma və çərçivələrin (framework) müəyyən edilməsi və onların tətbiqi (COBİT, İTİL və s. kimi);
- Texnoji komandaların standartlara və prosedurlara riayyət etmələri üçün müxtəlif monitoring proseslərinin qurulması və nəzarət;
- Mövcud proseslərin təkmilləşdirilməsi/avtomatlaşdırılması üzrə işlərin icrası;
- İT Risklərin düzgün idarəedilməsi üçün Risk funksiyaları ilə sıx əməkdaşlığın qurulması və baş verməsi ehtimal olunan İT risklərin müəyyən edilərək tədbirlər planlarının təklif edilməsi;
- Texnoloji komandalarda aparılan audit yoxlmaları zaman dəstəyin göstərilməsi və sonraki monitorinq, audit aşkarlamaların aradan qaldırılmasının effektivliyinə nəzarət;
- Təşkilatda texnologiya prosesləri üzrə qərarvermə səlahiyətlərinin qurulması və proses çərçivəsində onlara nəzarət;
- Texnoloji komandaların fəaliyyət göstəricilərinin düzgün qiymətləndirilməsi üçün hesabatların hazırlanması, texnoloji komandalar tərəfindən təşkilat daxili göstərilən xidmətlər üzrə sorğuların keçirilməsi, nəticələrin təhlili və müvafiq işlərin icrası.
Tələb olunan biliklər:
- Proseslərin təhlili, qurulması, avtomatlaşdırması üzrə bacarıqlar
- Yarana biləcək risklərin müəyyən edilməsi və minimallaşdırılması/aradan qaldırılması üzrə bacarıqlar
- Güclü kommunikasiya, təqdimat və data analizi üzrə bacarıqlar
- Təqdimat və yazı bacarığı
Tələblər:
- Təcrübə -İT idarəetmə, Audit, İT Risklərin idarəedilməsi, Məlumat təhlükəsizliyi və ya İnformasiya texnologiyalarına aid digər sahələrdə ən azı 3 il iş təcrübəsi
- Təhsil - Ali təhsil (texniki və ya İT sahələr üzrə üstünlükdür)
- Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (yaxşı səviyyədə)
- Kompüter bacarığları - Office program təminatlarında istifadə bacarıqları yüksək səviyyədə
- Sertifikatlar - COBİT, İTİL, İSO (məlumat təhlükəsizliyi, risklərin idarəedilməsi və s. istiqamətlər üzrə) arzuolunandır;