Vəzifənin funksiyaları:
- Sistemlərinin əlçatanlığı, tamlığı və konfidensiallığı baxımından təhlükəsizliyinin təmin edilməsi;
- İnformasiya təhlükəsizliyi sistemlərinin davamlı və dayanıqlı fəaliyyətinin təmin edilməsi;
- Xarici hücum və kiber təhdidlərə qarşı təhlükəsizlik avadanlıqlaırnın və sistemlərinin mütəmadi olaraq monitorinqinin həyata keçirilməsi;
- Təhlükəsizlik boşluqlarının aradan qaldırılması məqsədi ilə təhlükəsizlik avadanlıqlarına və sistemlərə zəruri dəyişikliklərin edilməsi;
- Sistemlərin əlçatanlığı, tamlığı və konfidensiallığının təmin edilməsi məqsədi ilə informasiya təhlükəsizliyi alətlərinin tətbiqi və təkmilləşdirilməsi;
- İmtiyazlı girişlərin idarə olunması;
- İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və giriş icazələrinin daimi monitorinqinin həyata keçirilməsi;
- Sistemlərə giriş səlahiyyətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə multifaktor göstəricilərinin tətbiqi;
- Sistemlərdə zəifliklərin skan olunması və nəzarət mexanizminin formalaşdırılması;
- Məlumat itkisinin qarşısının alınması məqsədi ilə informasiya təhlükəsizliyi sistemlərinin qurulması və idarəedilməsi;
- Məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi;
- İnformasiya təhlükəsizliyi avadanlıq və sistemlərinin loqlarının SİEM sisteminə göndərilməsi və nəzarətin həyata keçirilməsi;
- Kənar təchizatçılar və şirkətlərlə fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi;
- İnformasiya və ödəniş sistemlərinin ehtiyat mərkəzlərdən fəaliyyətinin təmin edilməsi və texniki sazlamaların aparılması;
- İnformasiya təhlükəsizliyi avadanlıqları və sistemlərinin ehtiyat nüsxələrinin alınması və mütəmadi monitorinqi;
- Çoxfaktorlu doğrulama sistemlərinin tətbiqi və dərin təkmilləşdirilmələrinin aparılması;
- Bankın informasiya təhlükəsizliyi siyasətinin tələblərinə uyğun digər tədbirlərin həyata keçirilməsi;
- Təhlükəsizlik avadanlıqlarının və alətlərin mütəmadi olaraq yeni versiya və yeniliklərlə yenilənməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Antivirus və EDR/XDR sistemləri ilə işləmək bacarığı
- Məlumatların tamlığının monitorinq edilməsi (FİM)
Səlahiyyətli giriş hüquqlarına nəzarət (PİM/PAM) - Məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi (DB Security)
- OTP və MFA sistemləri ilə iş təcrübəsi
- E-mail təhlükəsizlik alətləri ilə işləmə bacarığı
- Məlumat sızıntısının qarşısının alınması (DLP)
- Zəifliklərin aşkar edilməsi sistemləri ilə iş təcrübəsi
- Analitik təhlil etmə
- Komandada işləmə
- Stressə davamlılıq
- Təkmilləşməyə meyllilik
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Ünsiyyətqurma bacarığı
Digər tələblər:
- Dil bilikləri - Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı
- Təcrübə - İT sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur
- Təhsil - Ali təhsil tələb edilir
- Kompüter bacarıqları - Windows və Linux əməliyyat sistemində işləmə bacarığ