Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 631

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

İnformasiya və kibertəhlükəsizlik departamenti İnformasiya təhlükəsizliyi mühəndisliyi şöbəsi - Böyük təhlükəsizlik inzibatçısı

İnformasiya və kibertəhlükəsizlik departamenti İnformasiya təhlükəsizliyi mühəndisliyi şöbəsi - Böyük təhlükəsizlik inzibatçısı

  • Истекает 9 февраль 2025

Vəzifənin funksiyaları:

  • Bank şəbəkəsinin əlçatanlığı, tamlığı və konfidensiallığı baxımından təhlükəsizliyinin təmin edilməsi;
  • Xarici hücum və kiber təhdidlərə qarşı şəbəkə təhlükəsizlik avadanlıqlarının mütəmadi olaraq monitorinqinin həyata keçirilməsi;
  • Təhlükəsizlik boşluqlarının aradan qaldırılması məqsədi ilə şəbəkə təhlükəsizlik avadanlıqlarına zəruri dəyişikliklərin edilməsi;
  • Veb servislərin təhlükəsizliyinin təmin edilməsi edilməsi məqsədi ilə avadanlıq və proqram təminatlarının davamlı və dayanıqlı fəaliyyətinin təmin edilməsi;
  • Şəbəkə infrastrukturunda sistemlərin əlçatanlığı, tamlığı və konfidensiallığının təmin edilməsi məqsədi ilə informasiya təhlükəsizliyi alətlərinin tətbiqi və təkmilləşdirilməsi;
  • Şəbəkə resurslarına giriş icazələrinin daimi monitorinqinin həyata keçirilməsi;
  • Sistemlərə giriş səlahiyyətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə multifaktor göstəricilərinin tətbiqi;
  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarının loqlarının SİEM sisteminə göndərilməsi və nəzarətin həyata keçirilməsi;
  • Kənar təchizatçılar və şirkətlərlə fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi;
  • İnformasiya və ödəniş sistemlərinin ehtiyat mərkəzlərdən fəaliyyətinin təmin edilməsi və texniki sazlamaların aparılması;
  • Şəbəkə infrastrukturuna kənardan girişlərin təhlükəsizliyinin təmin edilməsi;
  • Şəbəkə infrastrukturda məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi;
  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarının ehtiyyat nüsxələrinin alınması və mütəmadi monitorinqi;
  • Bankın informasiya təhlükəsizliyi siyasətinin tələblərinə uyğun digər tədbirlərin həyata keçirilməsi;
  • Şəbəkə təhlükəsizlik avadanlıqlarının və alətlərin mütəmadi olaraq yeni versiya və yeniliklərlə yenilənməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Təhlükəsizlik avadanlıqlarının idarə edilməsi (NGFW)
  • Web tətbiqlərinin qorunması (WAF)
  • Şəbəkə monitorinq sistemləri ilə iş təcrübəsi
  • Şəbəkə girişlərinin idarə olunması sistemləri ilə işləmə bacarığı (NAC)
  • OTP və MFA sistemləri ilə iş təcrübəsi
  • Analitik təhlil etmə
  • Komandada işləmə
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Ünsiyyətqurma bacarığı

Digər tələblər:

  • Dil bilikləri - Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı
  • Təcrübə - İT sahəsində minimum 4 il iş təcrübəsi tələb olunur
  • Təhsil - Ali təhsil tələb edilir
  • Kompüter bacarıqları - Windows və Linux əməliyyat sistemində işləmə bacarığı
  • Daily0
  • Weekly0
  • Monthly34