Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 907

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

İnsan kapitalının inkişafı üzrə aparıcı mütəxəssis

İnsan kapitalının inkişafı üzrə aparıcı mütəxəssis

  • Deadline 16 Fevral 2026

Struktur bölmənin adı

  • İnsan resursları departamenti / İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsi

Vəzifənin funksiyaları:

  • İnsan kapitalının inkişafı üzrə proqram və layihələrin yaradılmasında iştirak etmək və hərəkat planının gedişatını təmin etmək;
  • Performansın idarə edilməsi prosesi çərçivəsində əməkdaşlar üçün real və ölçülə bilən hədəflərin qoyulması,monitorinqi, performansın qiymətləndirilməsi, təhlili, qiymətləndirmə sonrası dəyərləndirmə daxil olmaqla təkliflərinin hazırlanması proseslərini tərəfdaş olduğu departamentlər üçün icra etmək;
  • Vəzifələr üzrə kompetensiyaların müəyyənləşdirilməsində, qiymətləndirmə alətlərinin hazırlanmasında və istedad hovuzunu formalaşdırmasında iştirak etmək və tədbiq etmək;
  • İstedadın müəyyənləşdirilməsi, təşkilat daxilində karyera inkişafı planlaşdırması metodologiyasının hazırlanması, hovuzun formalaşdırılmasına fokuslanan layihələrin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
  • Təcrübə proqramları, instedadların inkişafına fokuslanan proqramlarının təbliğat və seçim mərhələrini təşkil etmək və uyğun iştirakçıların seçilməsi üçün alətləri yeniləmək; istedadların performansının idarə olunmasına dair proseslərin gedişatını təmin etmək. 
  • Əməkdaşların işə bağlılığı üzrə layihələrin illik plan və konsepsiyasının yaradılması və icrasında iştirak etmək; tədbirlər, əməkdaşların rifahı üzrə layihələr, sosial məsuliyyətliliyi təşviq edən layihələrin planlaması, təbliğatı və təşkilində iştirak etmək;
  • Şöbənin funksiyaları çərçivəsində layihələrin planlaşdırılması, koordinasiyası və icrasında fəal iştirak etmək;

Texniki kompetensiyalar

  • Qərar qəbul etmək qabiliyyəti
  • Planlama və prioritetləşdirmə
  • Auditoriya qarşısında çıxış qabiliyyəti
  • Müsahibə etmə və dəyərləndirmə qabiliyyəti
  • Strateji düşüncə qabiliyyəti
  • Analiz etmə qabiliyyəti
  • Qərar qəbul etmək qabiliyyəti
  • Planlama və prioritetləşdirmə
  • Auditoriya qarşısında çıxış qabiliyyəti
  • Müsahibə etmə və dəyərləndirmə qabiliyyəti

Təcrübə

  • Müvafiq sahədə 2 il iş təcrübəsi tələb olunur.

Təhsil

  • Ali təhsil tələb olunur.

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır) tələb olunur.

Kompüter bacarıqları

  • MS Office proqramları, xüsusilə MS Power Point, Word, MS Excel,Outlook, MS Visio üzrə biliklər tələb olunur.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly414
  • Monthly421