Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 920

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Kiçik mütəxəssis

  • Истекает 6 сентябрь 2025

Struktur bölmənin adı

  • İnformasiya və kibertəhlükəsizlik departamenti / Təhlükəsizlik Əməliyyat Mərkəzi şöbəsi

Vəzifənin funksiyaları:

  • İnformasiya təhlükəsizliyi insidentlərinin 24/7 vaxt rejimində monitorinqinin həyata keçirilməsi;
  • Qeydə alınmış hadisələr üzrə texniki araşdırmaların aparılması və ilkin analizlərin aparılması;
  • Baş vermiş insidentlərə dair aidiyyatı loqların aşkar edilməsi və səbəblərin öyrənilməsi;
  • Loq mənbələrinin identifikasiya edilməsi və inteqrasiyasının həyata keçirilməsi;
  • Loq mənbələrindən daxil olan məlumatların davamlı monitorinqinin həyata keçirilməsi;
  • Aşkarlanmış təhlükəsizlik insidentlər barədə məlumatlarən dərhal eskalasiya edilməsi, təsnifatı və hesabatının formalaşdırılması;
  • Şəbəkə və sistem infrastrukturunda mövcud boşluqların qeydə alınması və nəzarətdə saxlanılması;
  • SİEM (Təhlükəsizlik məlumatları və tədbirlərin idarə olunması) sisteminin monitorinqi;
  • Açıq insidentlər üzrə təhlükəsizlik hadisələrinin qeydiyyatı, yenilənməsi;
  • İnsidentlərə cavab reaksiyalarının verilməsi üzrə hazırlanmış “playbook”-larına riayət edilməsi;    
  • Son istifadəçi nöqtələrində virus aktivliyinin, cari vəziyyətin analiz edilməsi;
  • İnformasiya təhlükəsizliyi təhdidləri və zəiflikləri barədə biliklərin daimi yenilənməsi və  onları aşkarlamaq bacarıqları;
  • Təhlükəsizlik insidenti zamanı bütün fəaliyyətlərin sənədləşdirilməsi və hadisənin həyat dövrü ərzində statusun yeniləməsi;
  • İnsidentlərin təfərrüatları üzrə hesabatların hazırlanması;
  • Məlumat itkisinin qarşısının alınması sisteminin nəzarəti və insidentlərinin aşkarlanması;
  • Fəaliyyət ilə bağlı daimi hesabat verilməsi və nəticələrin bölmə rəhbərinə çatdırılması;
  • Təhlükəsizlik proqram təminatlarının fəaliyyətinə nəzarət, tapılmış insidentlərin hesabatı və sənədləşdirilməsi..

Texniki kompetensiyalar

  • SIEM alətləri üzrə ilkin biliklər
  • İDS/İPS ilə işləmə bacarığı
  • Son nöqtə təhlükəsizlik alətləri bilikləri (Endpoint)
  • İnsidentlərin araşdırılması üzrə ilkin bilgilər

Təcrübə

  • İT və ya İnformasiya Təhlükəsizlik sahəsində iş təcrübəsinin 1 ildən az olmaması tələb olunur. 
  • Təhsil - Kompüter, İnformatika və Texniki ixtisaslar üzrə ali təhsil tələb olunur.
  • Dil bacarığı - Azərbaycan dili (yüksək), İngilis dili (orta)
  • Kompüter bacarıqları - Windows və Linux OS ilə işləmə bacarığı (tələb olunur)
  • Sertifikatlar - Beynəlxalq sertifikatlar arzu olunandır. 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly380
  • Monthly1640