Vəzifənin funksiyaları:
- Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir
- Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi ilə bağlı təcrübələrin izlənilməsini, öyrənilməsini, ölkədə tətbiqi ehtimallarının araşdırılmasını və əldə oluna biləcək faydaların effektivliyinin qiymətləndirilməsini təmin edir;
- Ölkədə maliyyə texnologiyaları sahəsi üzrə baş verən yenilikləri daim izləyərək innovativ həllərin və alətlərin istifadəsi istiqamətində araşdırmalarla tanış olur,müvafiq təklifləri ( discovery cases) formalaşdıraraq, bu istiqamət üzrə inkişaf strategiyalarını hazırlayır və daim yeniləyir.
- İnformasiya texnologiyaları departamentinin proqramlaşdırma üzrə məsul şöbəsi ilə birgə maliyyə bazarlarında maliyyə texnologiyalarının inkişafı istiqamətində avtomatlaşdırılacaq sahələri müəyyən edir və müvafiq layihələrin realizasiyasında dəstək olur.
- Maliyyə bazarlarında maliyyə texnologiyaları üzrə tətbiq edilən informasiya sistemlərinin və rəqəmsal həllərin layihələndirilməsində, yaradılmasında, sınaqdan keçirilməsində, qarşılıqlı inteqrasiyasında, istismara verilməsində və davamlı modernizasiyasında iştirak edir
- Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi üzrə bazar araşdırmasını aparır, texnoloji həlləri təhlil edir və tətbiq üçün təkliflər hazırlayır;
- Müvafiq layihələrdə iştirak edir;
- Funksional fəaliyyətə dair müvafiq hesabatların hazırlanaraq aidiyyatı üzrə təqdim edilməsi;
- Müvafiq normativ metodoloji bazasının hazırlanması və təkmilləşdirməsinin təşkilində iştirak;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Təqdimat və yazı bacarığı
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
- Layihələrin idarəolunması
- Analitik təhlil etmə
- Təşkilatçılıq və planlaşdırma
- Ünsiyyətqurma bacarığı;
- Analitik düşünmə bacarığı;
- Araşdırma aparma
- Vaxtın idarəedilməsi bacarığı
- Qərar qəbul etmə bacarığı;
Digər tələblər:
- Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə / İngilis dili - orta səviyyədə / rus dili arzuolunandır
- Təcrübə - Müvafiq sahədə təcrübə arzuolunandır
- Təhsil - Ali təhsil (İT, tətbiqi riyaziyyat, ümumi idarəedilmə və bənzər) tələb edilir
- Kompüter bacarıqları - MS Office