Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 490

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Mütəxəssis

  • Deadline 11 August 2025

Struktur bölmənin adı: Sığorta fəaliyyətinə nəzarət departamenti/ Sığortaçıların maliyyə dayanıqlığına nəzarət şöbəsi

Hesabatlı olduğu vəzifə: Şöbə rəisi

Vəzifənin funksiyaları:

  • Təqdim edilmiş hesabatlar üzrə sığorta ehtiyatlarının formalaşdırılmasının düzgünlüyünə, həmçinin sığorta tariflərinin hesablanmasına nəzarət edir;
  • Təsdiq olunmuş yoxlama qrafikinə uyğun olaraq sığortaçılarda və təkrarsığortaçılarda səyyar yoxlamalarda iştirak edir;
  • Sığorta üzrə beynəlxalq təcrübənin araşdırılmasını həyata keçirir;
  • Səlahiyyətlərinə aid məsələlərlə bağlı daxil olan sorğu və məktublara cavab hazırlayır;
  • Sığortaçılar və təkrarsığortaçılar tərəfindən təqdim edilən maliyyə hesabatları və fəaliyyətləri ilə bağlı hesabatları toplayır, təhlil edir və digər nəzarət məlumatları da nəzərə alınmaqla sığortaçıların və təkrarsığortaçıların qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsinə nəzarət edir;
  • Nəzarətin optimallaşdırılması baxımından prudensial normativlərin, tələblərin və hesabatların təkmilləşdirilməsində təkliflər verir;
  • Sığortaçı və ya təkrarsığortaçı tərəfindən təqdim edilmiş aktuar hesabatları və maliyyə hesabatları arasında müvafiq göstəricilərin eyniliyinin yoxlanılmasına nəzarət edir;
  • Yoxlamaların nəticələri ilə əlaqədar sığortaçıların və təkrarsığortaçıların rəhbərliyi ilə müzakirələrdə iştirak edir;
  • Zəruri hallarda sığortaçıların və təkrarsığortaçıların ləğvetmə proseslərində iştirak edir;
  • İcrası məcburi olan yazılı göstərişlərin-Təqdimatların icrasına nəzarət etmək icranın nəticəsi üzrə departamentin rəhbərliyinə təkliflər təqdim edir;
  • Sığorta fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədilə şirkətlər üzrə hesabatlar hazırlanmasında iştirak edir;

Texniki kompetensiyalar:

  • Risklərin idarə olunması– ilkin səviyyədə
  • Maliyyə – orta səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq– orta səviyyədə
  • Sığorta, statistika, ekonometrika– orta səviyyədə

Davranış kompetensiyaları:

  • Analitik təhlil etmə
  • Ünsiyyət qurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi

Təcrübə:

  • Müvafiq sahədə (Aktuari, Maliyyə və İqtisadiyyat) 1 il;

Təhsil:

  • iqtisadiyyat/maliyyə/riyaziyyat istiqamətlərində ali təhsil

Dil bacarığı:

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə

Kompüter bacarıqları:

  • MS Office-Yaxşı səviyyədə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly2299