Əsas vəzifə funksiyaları:
- Departamentdaxili struktur vahidləri arasında məlumat mübadiləsinin səmərəli təşkil olunmasını, iş axınlarının koordinasiyasını təmin edir və hər bir mərhələdə nəticələrini izləyir;
- Xarici tərəfdaşlarla (banklar, ödəniş təşkilatları, təchizatçılar və s.) mütəmadi görüşlər təşkil edir, ortaq layihələrin icrasını izləyir və nəticələri barədə hesabat hazırlayır;
- Beynəlxalq və yerli təşkilatlarla ödəniş sistemlərinin inkişafı üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsini və qarşılıqlı layihələrin koordinasiyasını təmin edir;
- Məhsulun inkişaf prosesini izləyir, hər hansı bir gecikmənin və ya qarşıya çıxan problemlərin qarşısını alır;
- Məhsulun inkişafında komandalar arasında daim məlumat axınını təmin edir, yuxarıdakı idarəetmə səviyyəsi ilə aşağıdakı komanda üzvləri arasında əlaqələndirməni təmin edir;
- Departamentin gördüyü və növbəti dövr üzrə planladığı işlər barədə dövri hesabatlar hazırlayır və aidiyyəti üzrə təqdim edir;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirilməsi
Tələb olunan biliklər:
- Təqdimat və yazı bacarığı
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
- Layihələrin idarəetmə bacarığı
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
Tələblər:
- Təcrübə - Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
- Təhsil - Ali təhsil (İT, İdarəetmə, İqtisadiyyat)
- Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (orta səviyyədə)
- Kompüter bacarığları - MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri