Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 176

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının yaradılması və inkişafı şöbəsi \ Böyük mütəxəssis

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının yaradılması və inkişafı şöbəsi \ Böyük mütəxəssis

  • Deadline 2 April 2026

Tələblər

Təhsil 

  • Ali təhsil (İT, İdarəetmə, İqtisadiyyat)

Texniki biliklər 

  • Təqdimat və yazı bacarığı (Yüksək səviyyədə)
  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri (Yüksək səviyyədə) 
  • Layihələrin idarəetmə bacarığı (Yüksək səviyyədə) 
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər   (Orta səviyyədə) 

Təcrübə

  • Müvafiq sahə üzrə  3 il 

Dil bilikləri 

  • Azərbaycan dili (Yüksək səviyyədə)
  • İngilis dili (Yüksək səviyyədə) 
  • Rus dili (Yaxşı səviyyədə)
  • Kompüter bacarığı
  • MS Office proqramları (Yüksək səviyyədə) 
  • MS Project (Orta səviyyədə) 

Sertifikatlar 

  • CSPO, PSPO, PSM, PMP və bənzər (Üstünlük verilir) 

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • İnnovativlik və kreativlik
  • Tədqiqat aparma
  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq,vaxtın idarəedilməsi, ünsiyyətqurma və analitik təhliletmə bacarığı
  • Vaxtın idarəedilməsi

Vəzifə öhdəlikləri

  • Fasiləsiz ödəniş xidmətlərinin təmin edilməsi üçün texniki dəstək komandaları ilə əməkdaşlıq edir və potensial nasazlıqların operativ aradan qaldırılması üzrə tədbirlər hazırlayır;
  • Ödəniş sistemlərinin sabitliyini qorumaq üçün qabaqlayıcı texniki baxışlar, avtomatik testlər və optimallaşdırma alqoritmlərinin tətbiqi üzrə hazırlanmış təkliflərin aidiyyəti struktur bölmələrlə birlikdə icrasına dəstək olur;
  • Kritik hadisələr zamanı fasiləsiz ödənişlərin təmin olunması üçün ehtiyat (disaster recovery) planlarına və ssenarilərinə uyğun keçirilən testlərin nəticələrini təhlil edir;
  • İstifadəçilərdən toplanmış rəylərə əsaslanaraq məhsulları təkmilləşdirir;
  • Yeni məhsul və ya xidmət ideyalarını ilkin mərhələdə pilot rejimində yoxlayır;
  • Nağdsız ödənişlərin inkişafı üzrə kredit və debet kartları, rəqəmsal cüzdanlar, elektron kommersiya, QR kod və s. ödənişlər üçün funksionallıqlar yaradır və inkişaf etdirir;
  • Ödəniş sistemlərinin inkişafı üzrə qlobal məhsullar ilə müqayisədə əlavə üstünlüklər təmin etmək üçün yeni xüsusiyyətlər və funksiyalar təklif edir;
  • Ödəniş məhsullarını dəyişən bazar tələbləri və texnoloji yeniliklərə uyğunlaşdırmaq üçün təkliflər verir;
  • Ödəniş ekosistemindəki müştəri təcrübəsini yaxşılaşdırır və nağdsız ödənişlərin daha effektiv şəkildə həyata keçirilməsini təmin edir;
  • Həm emitent, həm də ekvayer səviyyəsində ödəniş sistemlərini təhlil edir və təkmilləşdirmək üzrə təkliflər hazırlayır;
  • Bazar iştirakçıları ilə məhsul xüsusiyyətlərinin və funksiyalarının fərqli versiyalarını sınaqdan keçirir və müştəri reaksiyalarına görə ən yaxşı nəticə verən variantlar barədə hesabat hazırlayır;
  • Müasir Məhsul Sahibliyi yanaşmasını tətbiq etmək və kross-funksional komandaları idarə edir;
  • Məhsul üzrə “backlog”ları müəyyən edir və təkmilləşdirilməsi üçün təkliflər verir;
  • Məhsula tam şəkildə (end-to-end) – yaradılacaq funksionallıq və o funksionallığın tətbiqinə cavabdehlik daşıyır;
  • Mərkəzi Bankın strateji hədəflərini və məhsulun razılaşdırılmış hədəflərini nəzərə alaraq prioritetləşdirməni təmin edir;

 Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily62
  • Weekly403
  • Monthly1533