Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 838

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti, Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi – Mütəxəssis

Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti, Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi – Mütəxəssis

  • Истекает 28 февраль 2025

Əsas vəzifə funksiyaları:

  • Rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrası və koordinasiyasında iştirak edir;
  • Ödəniş sistemləri və ödəniş alətləri üzrə nəzarət konsepsiyasının hazırlanmasında iştirak edir;
  • Ödəniş alətlərindən istifadə zamanı fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərir;
  • Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə beynəlxalq təcrübədəki yenilikləri araşdırır və yerli sektorda tətbiqi imkanlarının qiymətləndirilməsində iştirak edir;
  • Ödəniş sistemləri üzrə göstəricilərin təhlillərini aparır və nəticəsi barədə müxtəlif hesabatlar hazırlayır;
  • Rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir;
  • Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin mərkəzi bankları, müvafiq yerli və xarici təşkilatlarla əməkdaşlığın təşkilində iştirak edir;
  • Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Tələb olunan biliklər və bacarıqlar:

  • İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
  • Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər
  • Təqdimat və yazı bacarığı
  • Analitik təhlil etmə
  • Komandada işləmə
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Ünsiyyətqurma bacarığı

Digər:

Dil bilikləri - Səlis azərbaycan dili, yaxşı səviyyədə ingilis dili bacarığı
Təcrübə - Maliyyə sektorunda və ya iqtisadi sahədə azı 1 illik iş təcrübəsi
Təhsil - Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)
Kompüter bacarıqları - MS Office proqramları

Maraqlanan namizədlər linkə daxil ola bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1891