Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 143

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Maliyyə və sığorta fəaliyyəti , Bankçılıq

Prudensial siyasət şöbəsinin analitiki

  • Deadline 1 Oktyabr 2026

Struktur bölmənin adı: Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti

Vəzifənin funksiyaları:

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflər hazırlanması
  • Kapital bazarında siyasət və tənzimləmə üzrə müəyyən edilmiş strateji hədəflərə əsaslanaraq siyasətin formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
  • Kapital bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və təcrübi məsələlərin öyrənilməsi,  alternativ tənzimləmə alətlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak;
  • Kapital bazarında yeni alətlərin formalaşdırılması, proses və prosedurların optimallaşdırılması üzrə təkliflər verilməsində iştirak;
  • Kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak;
  • Kapital bazarına dair daxil olmuş sorğuların cavablandırılması, şikayətlərə baxılması və rəylərin hazırlanması;
  • Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və onların idarəçilərinin stress-testləşməsi metodologiyasının hazırlanmasında iştirak;
  • Kapital bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
  • Kapital bazarının inkişafının dəstəklənməsi və təbliğində iştirak;
  • Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Kapital bazarında dəstəkləyici və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
  • Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak.

Təhsil

  • İqtisadiyyat/maliyyə - Ali təhsil

Təcrübə

  • Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 2 illik iş təcrübəsi

​​​​​​​Texniki biliklər 

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
  • Qiymətli kağızlar bazarı haqqında qanun - yüksək səviyyədə
  • Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri - yüksək səviyyədə
  • Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza - yaxşı səviyyədə
  • İnvestisiya fondları haqqında qanun - yaxşı səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri - yüksək səviyyədə
  • Maliyyə hesabatlılığı – yaxşı səviyyədə
  • Ümumi iqtisadiyyat - yüksək səviyyədə

​​​​​​​Kompüter bacarığı

  • MS Office proqramları - yaxşı səviyyədə

​​​​​​​Dil bilikləri

  • Azərbaycan dili - yüksək səviyyədə
  • İngilis dili – yaxşı səviyyədə

​​​​​​​Davranış kompetensiyaları

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily63
  • Weekly583
  • Monthly2295