Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 349

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Financial & Insurance Activities , Banking

Prudensial tənzimləmə şöbəsinin kiçik analitiki

Prudensial tənzimləmə şöbəsinin kiçik analitiki

  • Deadline 24 September 2026

Struktur bölmənin adı: Kredit təşkilatlarının fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti

Vəzifənin funksiyaları:

  • Kredit təşkilatlarının prudensial tənzimlənməsi üzrə yerli qanunvericiliyi, bank tənzimlənməsi üzrə Bazel Standartlarını və digər qabaqcıl təcrübəni araşdırmaq, müqayisəli təhlillər aparmaq;
  • Kredit təşkilatlarının prudensial tənzimlənməsi sahəsində normativ xarakterli aktların, o cümlədən bankların korporativ idarəetmə standartlarının, kapital, ehtiyat və likvidlik tələblərinin, habelə risklərin idarəedilməsi üzrə digər prudensial tələblərin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
  • Hazırlanan tənzimləyici dəyişikliklər üzrə bank sektoru və digər maraqlı tərəflərlə aparılan müzakirələr üçün zəruri materialların hazırlanmasına dəstək göstərmək;
  • Kredit təşkilatlarının prudensial tənzimlənməsi sahəsində arayışların, rəylərin, təqdimatların və digər analitik materialların hazırlanmasında iştirak etmək;
  • Kredit təşkillarından, dövlət qurumlarından və digər maraqlı tərəflərdən daxil olan müraciətlərin şöbənin fəaliyyət istiqamətləri üzrə araşdırılmasında və cavab layihələrinin hazırlanmasında iştirak etmək;

Təhsil

  • Maliyyə, iqtisadiyyat, hüquq, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisaslar - Ali təhsil

Təcrübə

  • Maliyyə, risklərin idarə edilməsi, audit, iqtisadi təhlil və ya maliyyə sektorunun tənzimlənməsi sahəsində - Arzuolunandır

Texniki biliklər 

  • Bank qanunvericiliyi,  ümumi iqtisadiyyat, bank tənzimlənməsinə dair beynəlxalq standartlars

Kompüter bacarığı

  • MS Office (Word, Excell, Power Point)

Dil bilikləri

  • Azərbaycan dili - yüksək səviyyədə
  • İngilis dili – yüksək səviyyədə

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə, araşdırma aparma, komandada işləmə, məsuliyyətlilik, stressə davamlılıq, təkmilləşməyə meyllilik, təşəbbüskarlıq, ünsiyyətqurma bacarığı.

Sertifikatlar

  • CFA, FRM və ya analoji sahədə digər peşəkar sertifikatlar - Üstünlük verilir

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily105
  • Weekly243
  • Monthly1338