Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 1.1K

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Rəqəmsal Mühəndislik departamenti, Biznes analiz və test şöbəsinin Biznes analiz bölməsinin böyük mütəxəssisi

Rəqəmsal Mühəndislik departamenti, Biznes analiz və test şöbəsinin Biznes analiz bölməsinin böyük mütəxəssisi

  • Deadline 28 March 2025

Əsas vəzifə funksiyaları:

  • Şöbəyə daxil olan sorğuların təhlil edilməsi üçün Mərkəzi Bankın digər struktur bölmələri ilə əməkdaşlıqda iştirak edir;
  • Struktur bölmələr tərəfindən proqram təminatlarının dəyişikliyi ilə bağlı şöbəyə daxil olan sorğuları təhlil edir; 
  • Proqram təminatlarında dəyişikliklərin edilməsi üçün texniki spesifikasiya sənədlələrini və istifadəçi təlimatlarını hazırlayır;
  • İnformasiya texnologiyaları sahəsinə dair yeni layihələrin, o cümlədən sistemlərin biznes fəaliyyətinə dair tələblərini toplayaraq spesifikasiyaların hazırlanmasını təmin edir;
  • Şöbəyə daxil olan biznes tələbini informasiya sistemlərində uyğun şəkildə tətbiqini təmin edir;
  • İnformasiya texnologiyaları layihələrinin icrası zamanı texniki və biznes tələblərinin uyğunluğunu nəzarətdə saxlayır;
  • Texniki spesifikasiya sənədlərinin hazırlanması zamanı Departamentlə digər struktur bölmələr arasında koordinasiyasında iştirak edir;
  • Tələblər üzrə təhlil metodlarını və proseslərini davamlı olaraq təkmilləşdirir;
  • İnformasiya texnologiyaları ilə bağlı layihələrin vaxtında və büdcə daxilində yerinə yetirilməsini dəstəkləyir;
  • Yeni sistemlər və onların təkmilləşdirilməsi barədə istifadəçilərə təqdimatlar və təlimlər keçirir;
  • Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Tələb olunan biliklər və bacarıqlar:

  • Layihələrin idarəetmə bacarığı
  • İnsidentlərin texniki izahı
  • Təqdimat və yazı bacarığı
  • Komandada və müstəqil işləmək bacarığı
  • Sistemlər arasında inteqrasiyalar və API-lar üzrə təcrübə;
  • Biznes analitika və proses modelləşdirmə vasitələri (BPMN, UML və s.) üzrə təcrübə arzuolunandır;
  • JIRA, Confluence və digər İT layihə idarəetmə vasitələrində təcrübə;
  • Dövlət sektorunda layihələrdə işləmə təcrübəsi
  • Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
  • Data təhlili alətləri (Python, R, SQL, BI platformaları, vizuallaşdırma vasitələri) sahəsində biliklər

Digər tələblər:

  • Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı
  • Biznes Analitika və ya bənzər sahədə minimum 3-5 il iş təcrübəsi
  • Ali təhsil (İnformasiya Texnologiyaları, Riyaziyyat, İqtisadiyyat, İdarəetmə) tələb olunur
  • Kompüter bacarığı MS Office (Word, Excell, Power Point) yüksək səviyyədə
  • Sahə üzrə sertifikatlar (IIBA, PMI və digər oxşar) arzuolunandır
  • Daily145
  • Weekly380
  • Monthly954