Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 726

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Satınalmalar departamenti \ Müsabiqədənkənar satınalmalar və hesabatlılıq şöbəsi \ Şöbə rəisi

Satınalmalar departamenti \ Müsabiqədənkənar satınalmalar və hesabatlılıq şöbəsi \ Şöbə rəisi

  • Deadline 10 Dekabr 2024

Vəzifənin funksiyaları:

  • Mərkəzi Bankın əsas hissəsi müsabiqədənkənar və kiçik dəyərli olan (birbaşa, dəyəri dövlət tərəfindən tənzimlənən və s.), satınalmalarını təşkil edir;
  • Satınalmalar üzrə cari bazar qiymətlərinin və potensial təçhizatçıların müəyyən edilməsi məqsədilə bazar araşdırmaları aparır;
  • Mərkəzi Bankın mal, iş və xidmətlərə olan tələbatının öyrənilməsi və bu əsasda illik satınalma planını hazırlayır;
  • Satınalmalarla bağlı büdcə planlaşdırılması proseslərində iştirak edir;
  • Sifarişçi struktur bölmələrlə birlikdə satın alınan mal, iş və xidmətlərə dair texniki tələblərin (tələb olunan keyfiyyətə uyğun istehlak xassələrinin, texniki spesifikasiyanın, o cümlədən sertifikasiya tələblərinin) müəyyənləşdirilməsində iştirak edir;
  • Satınalma müqavilələrinin tərtibində və idarə edilməsində müvafiq struktur bölmələr ilə birlikdə iştirak edir;
  • Həyata keçirilən satınalmalara dair məlumat bazasını formalaşdırır və satınalmalar barədə hesabatlar hazırlayır;
  • Satınalmalara dair sənədlər toplusunun qanuna uyğun olaraq saxlanılmasını təmin edir.

Kompetensiyalar

Davranış kompetensiyaları

  • Komandada işləmə
  • Məsuliyyətlilik
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma
  • Vaxtın idarə edilməsi

Liderlik kompetensiyaları

  • Qərar qəbuletmə
  • İdarəetmə;
  • Dəyişikliklərin idarə edilməsi
  • Təşkilatçılıq və planlaşdırma.

Texniki kompetensiyalar

  • Satınalma işinin təşkili
  • Standartlaşdırma və sertifikatlaşdırma
  • Müvafiq sahədə qanunvericilik
  • Beynəlxalq satınalma prosedurları üzrə biliklər
  • Təqdimat və yazı bacarığı
  • Analitik təhlil etmə

Təcrübə

  • Müvafiq sahədə 3 il və rəhbər vəzifəsində minimum 1 il

Təhsil

  • Ali təhsil (müvafiq sahə üzrə)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (yüksək səviyyədə)

Kompüter bacarıqları

  • MS Office proqramları (yüksək səviyyədə)

Sertifikasiya

  • Dövlət Satınalmaları və Beynəlxalq sahədə sertifikasiya arzu olunandır.

Son müraciət tarixi: 09.12.2024

  • Daily40
  • Weekly633
  • Monthly1656