Vəzifənin funksiyaları:
- Mərkəzi Bankın əsas hissəsi müsabiqədənkənar və kiçik dəyərli olan (birbaşa, dəyəri dövlət tərəfindən tənzimlənən və s.), satınalmalarını təşkil edir;
- Satınalmalar üzrə cari bazar qiymətlərinin və potensial təçhizatçıların müəyyən edilməsi məqsədilə bazar araşdırmaları aparır;
- Mərkəzi Bankın mal, iş və xidmətlərə olan tələbatının öyrənilməsi və bu əsasda illik satınalma planını hazırlayır;
- Satınalmalarla bağlı büdcə planlaşdırılması proseslərində iştirak edir;
- Sifarişçi struktur bölmələrlə birlikdə satın alınan mal, iş və xidmətlərə dair texniki tələblərin (tələb olunan keyfiyyətə uyğun istehlak xassələrinin, texniki spesifikasiyanın, o cümlədən sertifikasiya tələblərinin) müəyyənləşdirilməsində iştirak edir;
- Satınalma müqavilələrinin tərtibində və idarə edilməsində müvafiq struktur bölmələr ilə birlikdə iştirak edir;
- Həyata keçirilən satınalmalara dair məlumat bazasını formalaşdırır və satınalmalar barədə hesabatlar hazırlayır;
- Satınalmalara dair sənədlər toplusunun qanuna uyğun olaraq saxlanılmasını təmin edir.
Kompetensiyalar
Davranış kompetensiyaları
- Komandada işləmə
- Məsuliyyətlilik
- Stressə davamlılıq
- Təkmilləşməyə meyllilik
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma
- Vaxtın idarə edilməsi
Liderlik kompetensiyaları
- Qərar qəbuletmə
- İdarəetmə;
- Dəyişikliklərin idarə edilməsi
- Təşkilatçılıq və planlaşdırma.
Texniki kompetensiyalar
- Satınalma işinin təşkili
- Standartlaşdırma və sertifikatlaşdırma
- Müvafiq sahədə qanunvericilik
- Beynəlxalq satınalma prosedurları üzrə biliklər
- Təqdimat və yazı bacarığı
- Analitik təhlil etmə
Təcrübə
- Müvafiq sahədə 3 il və rəhbər vəzifəsində minimum 1 il
Təhsil
- Ali təhsil (müvafiq sahə üzrə)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (yüksək səviyyədə)
Sertifikasiya
- Dövlət Satınalmaları və Beynəlxalq sahədə sertifikasiya arzu olunandır.
Son müraciət tarixi: 09.12.2024