Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 783

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Şöbə rəisi

  • Истекает 21 март 2025

Struktur bölmənin adı:  Bazar davranışlarının tənzimlənməsi departamenti \ Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi

Son müraciət tarixi: 12.03.2025

Vəzifənin funksiyaları:

  • Bazar davranışlarının tənzimləmə və nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi imkanlarını qiymətləndirir;
  • Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, ayrı-ayrı nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların uyğun olaraq nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanı hazırlayır, mövcud bazanı təkmilləşdirir;
  • Zərurət yarandıqda maliyyə xidmətləri bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərə nəzarət subyektlərinin, istehlakçıların və investorların mövqeyini öyrənir, qiymətləndirir, nəzarət subyektləri ilə daim dialoqun olmasını təmin edir;
  • Maliyyə xidmətləri bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
  • Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə nəzarət subyektlərinə, həmçinin Mərkəzi Bankın nəzarət əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərilməsini təmin edir;
  • Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı hüquqi məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır;

Texniki kompetensiyalar

  • Bank qanunvericiliyi (yüksək səviyyədə)
  • Maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər (yüksək səviyyədə)
  • Maliyyə məhsullarının analizi üzrə ümumi biliklər (yüksək səviyyədə)
  • Normayaratma üzrə biliklər (yüksək səviyyədə)

Təcrübə

  • Maliyyə sektorunda müvafiq istiqamət üzrə 5 il
  • Müvafiq istiqamət üzrə rəhbər vəzifədə iş təcrübəsi olan namizədlərə üstünlük verilir

Təhsil

  • Ali təhsil (iqtisadiyyat/hüquq/maliyyə/ /biznesin idarəedilməsi)

Dil bacarığı

  • Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yüksək səviyyədə)

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə)
  • Daily0
  • Weekly0
  • Monthly1891