Azərbaycan Universiteti Riyaziyyat və İnformatika kafedrası aşağıdakı ixtisaslar üzrə müəllim vəzifəsinə namizədlərin müraciətlərini qəbul edir:
- Kompüter mühəndisliyi
- İnformasiya Texnologiyaları
- İnformasiya təhlükəsizliyi
Vəzifə öhdəlikləri:
- Tədris planına uyğun olaraq mühazirə, seminar və laboratoriya məşğələlərinin keçirilməsi;
- Fənn proqramlarının, sillabusların və digər tədris materiallarının hazırlanması və yenilənməsi;
- Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi;
- Elmi-tədqiqat fəaliyyətində iştirak etmək və elmi məqalələrin hazırlanmasına töhfə vermək;
- Kafedranın akademik və təşkilati fəaliyyətində iştirak etmək;
- Tədris prosesində müasir informasiya texnologiyaları və innovativ təlim metodlarından istifadə etmək;
- Universitetin daxili qayda və prosedurlarına riayət etmək.
Namizəddə görmək istədiyimiz tələblər:
- Kompüter mühəndisliyi, İnformasiya Texnologiyaları və ya İnformasiya təhlükəsizliyi ixtisasları üzrə ali təhsil;
- Magistr dərəcəsi (doktorantura və ya elmi dərəcənin olması üstünlükdür);
- Ali təhsil müəssisəsində pedaqoji və ya müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür;
- İngilis dilini yüksək səviyyədə bilməsi (tədris apara biləcək səviyyədə olması üstünlükdür);
- Müasir informasiya texnologiyaları və sahə üzrə proqram təminatları ilə işləmə bacarığı;
- Elmi-tədqiqat fəaliyyətində iştirak və elmi nəşrlərin olması üstünlük hesab edilir;
- Güclü ünsiyyət, təqdimat, komanda ilə işləmək və analitik düşünmə bacarıqları;
- Məsuliyyətli, təşəbbüskar və peşəkar etik davranış prinsiplərinə sadiq olmaq.
Təklif edirik:
- Peşəkar və akademik inkişaf imkanları;
- Elmi fəaliyyətə dəstək;
- Müasir tədris mühiti;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
Maraqlanan namizədlərdən CV-lərini və elmi-pedaqoji fəaliyyətlərini əks etdirən sənədləri müəyyən ediləcək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Elmi dərəcəyə və ingilis dilində tədris aparmaq bacarığına malik namizədlərə üstünlük veriləcək.