Namizədə tələblər:
- Ali təhsil (beynəlxalq münasibətlər, menecment, biznes idarəetməsi və ya əlaqəli sahələr üzrə üstünlükdür)
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi (beynəlxalq əlaqələr, layihə idarəetməsi və ya koordinasiya sahəsində)
- Dil bilikləri: Azərbaycan, rus və ingilis (əla)
- Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti
- Rəsmi yazışma və protokol qaydalarını bilməsi
- Vaxtın effektiv idarə olunması və multitasking bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Yerli və beynəlxalq qurumlarla əlaqələrin qurulması və idarə olunması
- Ölkədaxili və beynəlxalq tərəfdaşlarla effektiv kommunikasiya və əməkdaşlığın təmin edilməsi
- Beynəlxalq qrantlar və layihələr üçün müraciətlərin hazırlanması
- İllik təqvimə baxış, təlim-məşq toplanışları və yarışlarla bağlı işlərin planlaşdırılması və koordinasiyası
- Xarici işgüzar səfərlərin təşkili (viza müraciətləri, sığorta, dəvət və icazə məktubları, səyahət planı və büdcə)
- Zərurət yarandıqda milli komandaların beynəlxalq səfərlərində iştirak etmək, yarış müddətində təşkilati və koordinasiya proseslərini idarə etmək
- VIP qonaqların səfər proqramlarının hazırlanması və müşayiəti
- Müxtəlif dövlət qurumlarına, təhsil ocaqlarına, digər federasiyalara və özəl müəssisələrə məktubların yazılması
- Rəsmi protokol qaydalarına uyğun görüşlərin təşkili və idarə olunması
- Onlayn görüşlərin təşkili və moderasiyası
- Valideynlər, məşqçilər və idmançılarla kommunikasiya proseslərinin idarə olunması
Biz nə təklif edirik:
- Peşəkar və dinamik iş mühiti
- Beynəlxalq tədbirlərdə iştirak imkanı
- Karyera inkişafı perspektivi
İş şərtləri:
- İş vaxtı: 09:00 – 18:00
- İş rejimi: Full time
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Maraqlanan şəxslər öz CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).