Namizədə tələblər:
- Ali təhsil;
- Marketinq, ictimaiyyətlə əlaqələr və media sahəsində ən azı 5 illik iş təcrübəsi, üstünlük – idman sektorunda;
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (əla);
- Rəqəmsal marketinq, PR kampaniyaları və brend idarəçiliyi sahəsində dərin biliklər;
- Sosial media analitikası və müxtəlif platformalarda idarəetmə təcrübəsi
- Güclü liderlik, strateji düşünmə və layihə idarəetmə bacarıqları;
- Effektiv kommunikasiya, danışıqlar aparmaq və komanda ilə işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Federasiyanın uzunmüddətli media və kommunikasiya planlarının hazırlanması, strategiyanın qurulması və icrası;
- Sosial media platformalarının idarə olunması, effektiv kontent strategiyasının inkişaf etdirilməsi və kampaniyaların optimallaşdırılması;
- Yarışlar və tədbirlər üçün innovativ PR və reklam kampaniyalarının layihələndirilməsi və rəhbərliyi;
- Sponsor və tərəfdaşlarla strateji marketinq əməkdaşlığının qurulması, yeni tərəfdaşlıq imkanlarının aktiv axtarışı və mövcud əlaqələrin gücləndirilməsi;
- Media ilə münasibətlərin idarə olunması, press-relizlərin, xəbərlərin və yüksək keyfiyyətli vizual materialların hazırlanması, həmçinin federasiyanın ictimai imicinin qorunması;
- Rəqəmsal və çap materiallarının yaradılması və yayım proseslərinin idarə olunması;
- Federasiyanın brendinin mövqeyinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələrin idarə olunması;
- Yerli və beynəlxalq media nümayəndələri ilə sıx əlaqələrin qurulması, akkreditasiya proseslərinin effektiv təşkili;
- Marketinq fəaliyyətlərinin izlənməsi, nəticələrin ölçülməsi və hesabatların hazırlanması.
İş şərtləri:
- İş vaxtı: 09:00 - 18:00
- İş günü: 5/2
Maraqlanan şəxslər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.