Namizədə tələblər:
- Ali təhsil (natamam ola bilər)
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (yaxşı)
- MS Office proqramları (Word, Excel) üzrə baza biliklər
- Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq
- Çevik öyrənmə və müxtəlif şöbələrlə işləmə bacarığı
- İnkişaf etməyə və yeni biliklər qazanmağa həvəsli olmaq
Əsas vəzifə öhdəlikləri:
- Tapşırıqlar üzrə qrafiklərin hazırlanmasına dəstək göstərmək
- Ofis sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsində iştirak etmək
- Məlumat axınının izlənməsi və koordinasiyasında kömək etmək
- Yazışmaların (məktub, email) hazırlanmasında dəstək olmaq
- Tədbirlərin təşkili və sənədləşmə işlərinə yardım göstərmək
- Tərcümə işlərində iştirak etmək
- Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları yerinə yetirmək
Biz nə təklif edirik:
- Peşəkar və dinamik komandada təcrübə qazanmaq imkanı
- Real iş mühitində praktiki bilik və bacarıqların inkişafı
- Müxtəlif şöbələrlə işləmək və korporativ iş prinsiplərini öyrənmək imkanı
- Uğurlu təcrübə müddətindən sonra daimi iş imkanı
İş şərtləri:
- İş vaxtı: 09:00-18:00
- İş rejimi: Full time
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.