“AzerBlast” MMC 2021-ci ildə təsis olunub Partlayıcı maddələr zavoduna Ümumi işlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir:
Ümumi vəzifə öhdəlikləri:
- Bütövlükdə zavodun, ərazinin təmizliyi üzrə işlərə rəhbərlik;
- İşıqlandırma, istilik sistemləri, kamunal xərclərinə, havalandırmaya nəzarət.;
- İclasların təşkil olunması vaxtlarının qeydə ayarlanması;
- Mebel inventarları, onların qorunması vaxtında təmir olunmasina nəzarət;
- İşçilərin dəftərxana ləvazimatları və işə lazımlı texnikalar ilə təmin edilməsinə nəzarət;
- Qonaqların qarşılanması, köməklik göstərilməsi, istiqamətləndirilməsi;
- Telefon zənglərinin qəbul edilməsi və yönləndirilməsi;
- Məktubların qəbul edilməsi müvafiq departamentlərə yönləndirilməsi və lazimi ünvana göndərilməsi;
- Sənədlərin skan edilməsi vaxtında səliqəli formada qovluqlara yığılması;
- Sənədlərin və elektron məlumatların saxlanılmasına nəzarət;
- İnzibati şöbənin tələblərinə uyğun olaraq həftəlik aylıq hesabatların hazırlanması;
- Ofis avadanlıqlarına nəzarət: ofis avadanlıqlarında hər hansı bir nasazlıq yaranarsa dərhal aidiyyatı şəxslərlə əlaqə saxlanılmalı ofis ləvazimatlarının miqdarına mütəmadi olaraq nəzarət edilməli və ləvazimatlar bitməzdən öncə sifariş edilməli;
Namizədə qarşı tələblər:
- Təhsil: Ali;
- Azərbaycan, İngilis və Rus dillərində mükəmməl yazılı və şifahi nitq bacarığı;
- Microsoft office proqramlarında sərbəst işləmək bacarığı;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Gündəlik deadline’lara ciddi riayyət;
- Komandada işləmək bacarığı;
- Həm yazılı həm şifahi ünsiyyət bacarığı;
- Professional görünüş;
- Yüksək səviyyədə motivasiyalı və həvəsli olmalı eləcədə sürətlə öyrənmə qabiliyyətlərinin olması;
Təcrübə müddəti: 1 ildən 3 ilə qədər.
Namizədə qarşı digər tələblər:
- Cins: qadın (profesional bəy də ola bilir)
- Yaş: 25-35
İş şəraiti
- İş vaxtı: 9:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə, bazar
- İş yeri - Gəncə şəhəri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.