Azercell Azercell
  • 834

İnformasiya təhlükəsizliyi şöbəsi/İnformasiya Təhlükəsizliyinin İdarəedilməsi və Risklərə Nəzarət Bölümü/Ekspert

İnformasiya təhlükəsizliyi şöbəsi/İnformasiya Təhlükəsizliyinin İdarəedilməsi və Risklərə Nəzarət Bölümü/Ekspert

  • Истекает 20 декабрь 2024

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər

İş qrafiki:

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir

İş yeri:

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

Əsas Öhdəliklər:

  • Şirkətin İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin və müvafiq nəzarət mexanizmlərinin beynəlxalq standartların tələblərinə və qabaqcıl təcrübələrə uyğun qurulması və saxlanılmasına dəstək
  • Yeni layihələrdə informasiya təhlükəsizliyi tələblərinin nəzərə alınmasını təmin etmək məqsədilə rəylərin və həllərin verilməsi
  • 3-cü tərəflərlə münasibətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin nəzərə alınmasının təmini, tərəfdaş və vendorların informasiya təhlükəsizliyi üzrə öhdəliklərinin müəyyən edilməsi və yoxlanılması
  • Daxil olan istəklər əsasında Informasiya Təhlükəsizlik qaydalarına uyğun olaraq müvafiq həllərin verilməsi
  • İT və İnformasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlərə dəstək
  • İnformasiya təhlükəsizliyinə aid normativ sənədlərin mütəmadi olaraq nəzərdən keçirilməsi, yenilənməsinə dəstək
  • Şöbənin fəaliyyəti çərçivəsində digər işlərin həyata keçirilməsinə dəstək.

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  •  Ali Təhsil: İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları/Kibernetika/Kompüter Elmləri ixtisaslarına üstünlük veriləcək
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, rus dili - yaxşı səviyyədə
  • İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya digər əlaqəli sahə üzrə minimum 5 illik iş təcrübəsi
  • Windows, Linux, Unix server texnologiyaları və əməliyyat sistemləri ilə iş təcrübəsi
  • Firewall, switch, router, VPN və s. ümumi şəbəkə texnologiyaları, proxy xidmətləri və s. üzrə bilik və bacarıqların olması
  • Microsoft, Active Directory, və system inzibatçılıqı üzrə bilik və bacarıqların olması
  • Şifrələmə həlləri ilə iş təcrübəsi
  • İSO/İEC 27001, NİST, COBİT, İTİL və s kimi standartlar haqqında biliklərin olması
  • İnformasiya Təhlükəsizliyi və İT proseslərə aid normativ sənədlərlə işləmək bacarığı
  • İnformasiya təhlükəsizliyi sistemləri və nəzarət mexanizmləri, haqqında praktiki biliklərin olması.
  • İnformasiya Təhlükəsizliyi və İT proseslərə aid normativ sənədlərlə işləmək bacarığı

Üstünlük kimi nəzərə alınacaq:

  • Layihə idarəetmə, yüksək ünsiyyət və komandada işləmək bacarıqları
  • Qərar vermə, analitik təhlil və yekun nəticəyə yönəlmə bacarığı
  • CISA, CISM, CISSP, NIST, COBIT, ITIL, CCNA, Comptia Security+, ISO 27001 və s kimi sertifikatları olanlara üstünlük verilir.

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
  • Daily0
  • Weekly253
  • Monthly1930