Access Network Capacity Management Engineer

  • Истекает 1 август 2025

Giriş şəbəkəsinin tutumunun idarə edilməsi üzrə mühəndis

İdarə: Şəbəkə Texnologiyaları İdarəsi  

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Giriş şəbəkəsinin tutumunun idarə edilməsi üzrə mühəndis olaraq Sizin vəzifə öhdəlikləriniz:  

  • BTS, NodeB, eNodeB, BSC, RNC, TCSM, kimi şəbəkə elementlərinin inteqrasiyası üzrə planlaşdırma və planların (ilkin məlumat bazasına malik olan əmrlərin) hazırlanması. İş Əmrlərinin hazırlanması ilə bağlı olan fəaliyyətlərin həyata keçirilməsi üçün BSC Abis və RNC Iub bağlantıları, Sahələrin Əsas Məlumat Bazası kimi faylların (o cümlədən konfiqurasiyalar, interfeyslər, kontrollerlər, məkanlar və s. ilə bağlı məlumatların) müntəzəm şəkildə yenilənməsi;
  • Şəbəkə keyfiyyət göstəricilərinə negativ təsirlərin qarşısını almaqdan ötrü 2G, 3G və 4G  şəbəkə elementlərində real və qeyri-real vaxt rejimləri üçün Zəng Blokları, Aşırı Yüklənmələr, Rabitənin Qırılması, Zəng və Data Sessiyasını Qüsurları və s. kimi tutum istifadəsinə yönəlmiş araşdırmalar. (qaynar nöqtələr və ən pis namizədlərin aşkarlanması ilə tutum istifadəsi ilə bağlı hesabatlara nəzarət);
  • 2G, 3G və 4G şəbəkələrinin tutumunun artırılması üzrə sorğuların verilməsi (əlavə avadanlıq və proqram resurslarının əlavə olunması üçün uyğun məlumat bazası olan İş Əmrlərinin hazırlanması);
  • Xüsusi hesabat faylları (məsələn Səs və Data Trafiki, Şəbəkə Elementiləri, Tezlik Zolağı, İnterfeyslər və Kontrollerlərin tutumları və s. üzrə aparılan araşdırmalar) əsasında qərar çıxartmaqla Mobil Rabitə Operatorlarının tələbləri və proqnozları ilə bağlı qısa və uzunmüddətli Tutum və İnkişaf Planlarının hazırlanması;
  • Yarım Bölmə rəhbəri tərəfindən verilən əlavə tapşırıqlar və ya layihələrin müəyyən olunmuş vaxt çərçivəsində yerinə yetirilməsi;
  • Giriş şəbəkəsinin tutumunun optimizasiya edilməsi üçün şəbəkə statistikasının təhlili;
  • Şəbəkədə müşahidə olunan zənglərin daxil olma, mühafizə və abunəçinin yerdəyişmə məsələlərinə dair problemləri düzəltmək təcrübəsinə malik olmaq;
  • İstehsalçının Giriş Şəbəkəsi avadanlığına aid olan xüsusi parameterlərin təmzimləməsində təcrübəyə malik olmaq;
  • Aqressiv vaxt çərçivəsində olan layihələrdə işləmək çevikliyi göstərmək və əlavə iş saatlarında işləməyə hazır olmaq;
  • Giriş Şəbəkəsinin mühəndis prinsipləri üzrə güclü biliklərə malik olmaq, məsələn radio komunikasiya nəzəriyyası, şəbəkə dizayn prinsipləri, şəbəkə optimizasiyası, modelləşdirmə, qabaqcadan şəbəkənin vəziyyəti barəsində proqnoz vermək və sair;
  • Davamliı olaraq şəbəkənin trafikını nəzarətdə saxlamaq və trenddə olan dəyişiklikləri izləməklə hər bir potensial resurs sıxıntısını qabaqcadan müəyyənləşdirmək və düzəliş işlərini yerinə yetirmək;
  • Saytların tutumuna nəzarət etmək üçün vaxtaşırı yoxlamalar aparmaq. Tutuma aid olan radio parameterlərin verilənlər bazasında qaydasında olmasını təmin etmək;
  • Xidmətin keyfiyyəti və davamlılığının artırılması üçün xüsusi fəaliyyət sahəsi (Şəbəkə/Səs/Data) üzrə layihələrə təşəbbüs göstərilməsi, layihələrin dizaynı və işlənib hazırlanması;
  • Texniki tələbləri qarşılayan yeni təşəbbüsləri araşdırmaq;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/ yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Vəzifənin tələbləri:

  • Texniki, Telekommunikasiya, Radiotexnika, Elektronika, IT Technologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • IT/Telecom sahəsində sertifikatların olması arzu olunandır/ Preferable to have certificates in IT/Telecom sphere;
  • Telekommunikasiya sahəsində 2 illik iş təcrübəsi/ 2 years of experience in the telecommunication field;
  • Azərbaycan və İngilis dilləri (Rus dili arzuolunandır). MS ofis proqramları və Məlumat Bazası Proqramları sahəsində biliklər;
  • Telekommunikasiya, Radio Texnikası və Mobil Şəbəkə Strukturu sahələri üzrə təcrübə zəruridir;
  • GSM/UMTS/LTE texnologiyalar üzrə radio giriş şəbəkəsi bilikləri;

  • Komandada işləmək bacarığı;
  • Nəticəyə və keyfiyyətə yönümlülük;
  • Çoxmədəniyyətli mühitdə işləmək bacarığı;
  • Bir neçə tapşırığı icra etmək bacarığı;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
  • Vaxt müddətinə riayət etmək bacarığı;
  • Rəqəmli məlumatlarla işləmək bacarığı.

Biz nə təklif edirik?

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

Access Network Capacity Management Engineer

Division: Network Technologies Division

Working schedule: 5 days a week, from 09:00 to 18:00.

Your responsibilities as an Access Network Capacity Management Engineer: 

  • Planning and preparation of plans (WOs with initial data base) for integration 2G, 3G, 4G Network Elements such as BTS, NodeB,  eNodeB, BSC, RNC, TCSM as well. Regular updates of General Data Base Files such as BSC Abis connectivity, RNC Iub Connectivity, Main Site’s Based Trackers (which includes information related to configurations, interfaces, controllers, locations and etc.) for further actions related to WOs issuing;
  • Capacity utilization related investigations of 2G, 3G, 4G NEs for preventing negative affects to main network KPIs such as Real Time and Non-Real Time Call Blocks, Congestions, Drops, Failures, Rejections and etc. (Monitoring reports related to capacity utilizations by detection of hot spots and worst candidates);
  • Requests for capacity expansions of 2G, 3G, 4G NE.s (issuing WOs with suitable DB for addition extra Hardware and Software resources;
  • Preparation of short and long term capacity and development plans related to MNOs demands and forecasts by making decisions based on investigations of particular statistical report files such as Voice and Data Traffic, Cell, Base Band, Bandwidth capacities, Interfaces and Controllers capacities and etc;
  • Completion of any extra task or project raised by the Head of Subunit within the defined time scope;
  • Analyze statistics for Access Network capacity optimization;
  • Experience in improving network-wide accessibility, retainability and mobility related issues;
  • Have experience of vendor specific parameter settings for Access Network elements;
    Flexible to work under aggressive project time-lines and open to work overtime;
  • Strong knowledge of AN engineering principles such as RAN communications theory, design principles, network optimization, modeling, prediction and etc;
  • Continuously monitor the network traffic and observe various trends to detect any potential bottlenecks in advance and take corrective action;
  • Perform routine audit on sites’ capacity. Maintain capacity related parameter rules on all radio database parameters;
  • Initiate, design and develop projects in specific focus area (Network/Voice/Data) to improve service quality/resiliency;
  • Explore new initiatives which meets technical requirements;
  • To execute job responsibilities and verbal/ written instructions by management;.
  • To execute assigned tasks in compliance with the procedures/policy/instructions;
  • To keep confidentiality of the company data.

Position requirements:

  • Bachelor degree in Technical, Telecommunication, Radio Technic, Electronics, IT Technologies or any other relevant discipline;
  • Preferable to have certificates in IT/Telecom sphere;
  • 2 years of experience in the telecommunication field;
  • Azeri, English skills (optional Russian). Knowledge of MS office and Data Base oriented programs;
  • Telekommunikasiya, Radio Texnikası və Mobil Şəbəkə Strukturu sahələri üzrə təcrübə zəruridir;
  • GSM/UMTS/LTE texnologiyalar üzrə radio giriş şəbəkəsi bilikləri/Knowledge in RAN Cellular Systems (GSM/UMTS/LTE);
  • Team Player;
  • Result and quality oriented;
  • Ability of working in multicultural environment;
  • Multitask working ability;
  • Good communication skills, oral and written;
  • Ability of meeting deadlines;
  • Ability of working with numerical data.

What we offer?

  • Competitive compensation;
  • Incentives and bonuses based on performance;
  • Fringe benefits;
  • Performance-driven culture;
  • Diversified learning and development opportunities;
  • Career growth opportunity;
  • Hybrid work opportunity;
  • Unique experience of working in the most dynamic industry;
  • Innovative products and digitalization;
  • International experience;
  • Amazing team of highly skilled professionals;
  • Cross-functional collaboration;
  • Experience sharing.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

Applications will be reviewed against position requirements and only shortlisted candidates will be contacted.

We are committed to fostering a workplace culture that respects equality, values differences, treasures inclusivity and cherishes belonging.

  • Daily10
  • Weekly588
  • Monthly2301