İş yeri: Azerfloat-Kimya Sənaye Parkı
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
 - Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
 - Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
 - Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
 
Vəzifə öhdəlikləri:
- Xammal və şüşə şıxtasının kimyəvi və fiziki-kimyəvi analizinin aparılması;
 - Şüşə nümunəsinin kimyəvi analizinin aparılması;
 - Kəsim xəttindən çıxan şüşə lövhələr üzrə nümunələrin analizinin aparılması;
 - İşçilərə laboratoriyada aparılan analizlər haqqında təlim və istifadə olunan avadanlıqların növü, iş prinsipi və xüsusiyətləri haqqında məlumat verilməsi;
 - Etiketlərin çap edilməsi və məhsulun üzərinə yapışdırılması;
 - Gündəlik əldə edilmiş xammal, şıxta və şüşə nümunələrinin analiz nəticələrinin qeyd edilməsi, nəticələrin işlənmiş təlimata və digər texniki sənədlərə uyğun olaraq yoxlanması;
 - Təyinatı üzrə tələb olunan texniki sənədləşmənin, aktları və s. aparılması
 
Tələblər:
- Ali təhsil (fizika və ya kimya üzrə);
 - Müvafiq vəzifədə istehsalat müəssisələrində minimum 1-3 il iş təcrübəsi;
 - MS Office;
 - Rus dili və ya İngilis dilini bilmək önəmlidir;
 - Komandada işləmək və işi təşkil etmə bacarığı;
 - Analitik və tənqidi düşünmə bacarığı;
 - Detallara diqqət yetirə bilmək bacarığı;
 - Məsuliyyətlilik;
 - Etibarlılıq və dürüstlük
 
Bilməlidir:
- Tədqiq və ya sintez edilən maddələrin kimyəvi xassələrini;
 - Maddələrin kimyəvi və fiziki analiz üsulları;
 - Laboratoriya avadanlığının və nəzarət-ölçü aparatlarının istismar qaydaları;
 - Texniki hesablamaların, hesablama və qrafiki işlərin yerinə yetirilməsinin metod və vasitələrini, hesablama texnikasının istismarı qaydaları;
 
İş şəraiti:
- Növbəli iş qrafiki;
 - Tibbi sığorta;
 - Nahar əvəzi kompensasiya;
 - 20 Yanvar dairəsindən servis
 - Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
 
Mövzü yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis“ yazıb Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.