Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib

  • Истекает 29 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

İş yeri: Azerfloat QSC/ Kimya Sənaye Parkı

Vəzifə və Öhdəlikləri:   

  • Kreditor və debitor hesablaşmalarının izlənilməsi, öhdəliklərin vaxtında icrasına maliyyə nəzarəti;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, amortizasiyasının hesablanması və balansdan çıxarılması üzrə maliyyə uçotunun aparılması;
  • Mallar və materialların hərəkətinə dair maliyyə uçotunun aparılması, silinmələrin düzgün rəsmiləşdirilməsi;
  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin maliyyə uçotunda vaxtında əks olunmasının təmin edilməsi;
  • İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin maliyyə hesabatlarına düzgün inteqrasiyası;
  • Gündəlik və aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Əsas vəsaitlər və ehtiyatlar üzrə inventarizasiya prosesində iştirak, uçot və faktiki göstəricilər arasında fərqlərin maliyyə təhlili;
  • Aylıq mal-material silgisinə nəzarət, sənədlərin yoxlanılması və hesabatlarda düzgün əks etdirilməsi;
  • Bank əməliyyatlarının icrası və maliyyə dövriyyəsinə uyğun uçotunun aparılması;

Namizəd üçün tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi;
  • Excel-də mükəmməl işləmə bacarığı;
  • ACCA F2, F3 arzuolunandır;
  • İngilis dili üstünlükdür, rus dili arzuolunandır

Xüsusi bacarıqlar:

  • Dəqiqlik və detallara diqqət yetirə bilmə bacarığı;
  • Müstəqil və komandada işləmək bacarığı;
  • Düzgün analiz bacarığı;
  • Analitik və tənqidi düşüncə;

İş şəraiti: 

  • İş qrafiki: 5/7; 09:00-18:00;
  • Könüllü tibbi sığorta;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Mühasib” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly140
  • Monthly2593