NÖC və Avtomatlaşdırma üzrə növbə mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

NÖC və Avtomatlaşdırma üzrə növbə mütəxəssisi

  • Deadline 8 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

İş yeri: Azerfloat QSC/ Sumqayıt Kimya Sənaye Parkı

Vəzifə və Öhdəlikləri: 

  • Avtomatika və nəzarət-ölçü cihazlarında baş verən nasazlıqları təyin etmək, təmir etmək və ya yenisi ilə əvəz olunmasını təmin etmək;
  •  NÖC və Avtomatika mühəndisinin hazırladığı texniki baxış planına uyğun olaraq cihazlara texniki baxışı vaxtında həyata keçirmək;
  •  Avtomatika qurğu və cihazlarının təmiri və montajı zamanı alət və cihazlardan düzgün şəkildə istifadə etmək;
  •  İstehsal prosesində və növbə ərzində baş verə biləcək texniki uyğunsuzluqları operativ şəkildə aradan qaldırmaq;
  •  Avadanlıqların etibarlılığını vaxtaşırı yoxlamaq və parametrlərini izləmək;
  •  Avtomatika avadanlıqlarının texniki istismar qaydalarına uyğun olaraq daima işlək vəziyyətdə olmasını təmin etmək;
  •  İstehsal alqoritmlərini bilmək və SCADA sistemləri vasitəsilə prosesə nəzarət etmək, yaranmış xətaları analiz edib aradan qaldırmaq;
  •  Zavod ərazisindəki qurğuların texniki sənədlərini (manuallar, sxemlər və s.) öyrənmək və tətbiq etmək;
  •  Yerinə yetiriləcək işlə bağlı mövcud və potensial təhlükələri müəyyənləşdirmək və iş mühitinin təhlükəsizliyini təmin etmək

Bilməlidir:

  • Avtomatika və NÖC sistemləri üzrə nəzəri və praktiki biliklər;
  • PLC, SCADA  sistemləri ilə işləmə qaydalarını;
  • Nəzarət-ölçü cihazlarının quruluşunu və funksiyalarını;
  • Elektrik və avtomatika sxemlərini oxumağı;
  • Texniki diaqnostika, təmir və texniki baxış bacarığı;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət

Namizəd üçün tələblər:

  • Müvafiq istiqamət üzrə ali təhsil;
  •  Sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Microsoft Office;
  • İngilis və ya Rus dilləri arzuolunandır;
  • Məsuliyyət və dəqiqlik; 
  • Analiz etmə qabiliyyəti;
  • Dəqiqlik və diqqətlilik;
  • Mexaniki və texniki düşüncə bacarığı

İş şəraiti: 

  • İş qrafiki: növbəli;
  • İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
  • Nahar əvəzi əlavə ödəniş verilir;
  • Tibbi sığorta;
  • Servis;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə NÖC və Avtomatlaşdırma üzrə növbə mütəxəssisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly251
  • Monthly802