Biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
- Müəssisədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın üzrə auditlərin aparılması;
- Yanğından qorunma ve yanğının qarşısının alınması üçün işçi heyətinin maarifləndirilməsi;
- Müəssisənin bölmə rəhbərləri və digər xidmətləri ilə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırılması, tədbirlərin hazırlanması, eləcə də planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərilməsi;
- İşə qəbul olunmuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatın keçirilməsi;
- Texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə dərslərinin təşkili, biliklərinin yoxlanılmasında iştirak edilməsi;
- Müvafiq struktur bölmələrin nümayəndələri ilə birlikdə tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların, havalandırma sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun təmin edilməsi;
- İstehsalatda baş vermiş bədbəxt hadisələrin uçotunun aparılması və araşdırma prosesində iştirak edilməsi;
- SƏTƏM üzrə siyasət və prosedurların hazırlanmasında iştirak edilməsi.
Namizəd üçün tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Beynalxalq və ya yerli sertifikatlar (NEBOSH, IOSH, OSHA, ISO 45001, ISO 14001 VƏ s.) arzuolunandır;
- Analitik düşüncə;
- Ünsiyyət və təqdimat bacarığı;
- Liderlik və komanda idarəetməsi;
- Diqqət və dəqiqlilik;
- Problem həlletmə və qərarvermə;
İş şəraiti:
- İş qrafiki: 5/7; 08:00-17:00;
- Könüllü tibbi sığorta;
- Nahar;
- Servis;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
- İş yeri: Azerfloat QSC/ Kimya Sənaye Parkı
Mövzü yerinə “Sətəm üzrə mühəndis” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.