İş yeri: Azerfloat QSC, Bakı ofisi
Vəzifə öhdəlikləri:
- Təchizat proseslərinin effektiv planlaşdırılması və icrası
- Zavodun istehsalat ehtiyaclarına uyğun material və avadanlıqların təchizatının təmin edilməsi
- Təchizatçılarla danışıqların aparılması, müqavilələrin hazırlanması və bağlanması
- Qiymət təkliflərinin toplanması, müqayisəsi və optimal seçimlərin edilməsi
- Bazar araşdırması apararaq yeni təchizatçılarla əməkdaşlıqların qurulması
- Logistika və çatdırılma proseslərinin izlənilməsi
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, logistika, mühəndislik və ya digər uyğun sahə üzrə)
- Təchizat və ya satınalma sahəsində minimum 2 il iş təcrübəsi (istehsalat sahəsində üstünlükdür)
- MS Office proqramlarını sərbəst istifadə bacarığı
- ERP sistemləri ilə işləmə bacarığı arzuolunandır
- Analitik düşüncə və danışıqlar aparmaq bacarığı
- Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı
- Azərbaycan dili – əla, Rus və İngilis dili bilikləri – arzuolunandır
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Könüllü tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Təchizat üzrə mütəxəssis” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.