Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə öhdəlikləri:
- Təchizatçılarla əlaqələrin qurulmasında danışıqlarda iştirak etmək;
- Təchizat sifarişlərinin hazırlanması və izlənməsinə dəstək olmaq;
- Anbar ehtiyatlarının idarə olunması prosesinə kömək etmək;
- Satıalma və logistika sənədlərinin hazırlanmasında iştirak etmək;
- Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə cədvəllərinin hazırlanması;
- Şirkətin daxili təchizat prosedurlarını öyrənmək və tətbiq etmək
Namizədə tələblər:
- Ali təhsil;
- MS Office proqramları ilə işləmək;
- Rus və ya ingilis dilini bilmək üstünlükdür;
- Effektiv yazılı və şifahi ünsiyyət qurmaq;
- Diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq;
- Təşəbbüskarlıq və öyrənməyə açıq olmaq;
- Komandada işləməyi bacamaq;
- Avtomobilinin olması arzuolunandır
İş şəraiti:
- İş qrafiki: 5 günlük/09:00- 18:00;
- Tibbi sığorta;
- Əmək haqqı: 364 AZN
Mövzü yerinə “Təchizat üzrə təcrübəçi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.