Ekologiya üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

Ekologiya üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

  • Истекает 4 август 2025

Əsas vəzifə və öhdəliklər:

  • Səlahiyyətləri çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində müvafiq tədbirlər planının işlənməsi, bu tədbirlərin yerinə yetirilməsi və hesabatların hazırlanması üzrə müvafiq işlərin görülməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində Çovdar inteqrəolunmuş regional emal sahəsində ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək;
  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinin, eyni zamanda beynəlxalq standartların və aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə yönəldilmiş müvafiq tədbirlərin görülməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində dövri olaraq müəssisədaxili ekoloji monitorinqin keçirilməsində və nəticələrinə dair hesabatın hazırlanmasında iştirak etmək, monitorinq zamanı aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər vermək;
  • Səlahiyyətləri çərçivəsində istehsalat prosesləri zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsində və mütəmadi nəzarət olunmasında iştirak etmək;
  • ÇİRES-də fəaliyyət göstərən podratçı şirkətlərin aidiyəti üzrə məsul şəxslərinin əhəmiyyətli ekoloji aspektlərlə və müvafiq daxili qaydalarla tanış edilməsinin təşkil olunmasında iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində iqtisadi prosesin bütün mərhələlərində ətraf mühitin mühafizəsi üzrə perspektiv və cari planların hazırlanmasında iştirak etmək;
  • Ekoloji normativ və digər ətraf mühitin mühafizəsi ilə bağlı texniki sənədlərin tərtib edilməsi üzrə müvafiq işləri yerinə yetirilməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində Çovdar inteqrəolunmuş regional emal sahəsində formalaşan təhlükəli tullantılar üzrə müvafiq məlumatların toplanması, o cümlədən tullantıların idarə olunması istiqamətində müvafiq işlərin görülməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı suların axıdılmasına və texnoloji proseslərdə, axıntı suların təmizlənməsi zamanı əmələ gələn bərk tullantıların, eyni zamanda qaz-toz tutucu qurğuların dövri olaraq dəyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsinin normativ lahiyə sənədləri və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsi üzrə işlər görülməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində ətraf mühitə zərərli fıziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili və nəzarət üzrə işlərdə iştirak etmək;
  • Zərərli ekoloji aspektlərin əhəmiyyətinin azaldılması üzrə müvafiq proqramların işlənib hazırlanmasında iştirak etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Microsoft Office proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır;
  • ISO 14001:2015 standartının tələbləri haqqında biliklərin olmasını təsdiqləyən sertifikatın olması arzuolunandır;
  • Effektiv kommunikasiya, Risklərin müəyyən edilməsi, Hesabatların hazırlanması bacarıqları, Korporativ ünsiyyət, Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündəlik 12 saatdan çox olmamaqla, iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə tənzimlənir (15 gün ev / 15 gün iş qrafiki).

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily13
  • Weekly676
  • Monthly556