KSM koordinatoru / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

KSM koordinatoru / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

  • Deadline 2 Avqust 2025

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin hasilat və istehsalat fəaliyyətini apardığı regionlarda, mədənlərin ətrafında yerləşən kənd və qəsəbələrdə əhalinin sosial ehtiyaclarına uyğun layihə təşəbbüslərinin irəli sürülməsi və fokus qrupları ilə görüşlərin təşkil edilməsi;
  • Sosial layihələrin büdcəsinin formalaşdırılması və layihələrin icrasının koordinasiya edilməsi;
  • Vətəndaşların müraciət və təşəbbüslərinin araşdırılması, Cəmiyyətin səlahiyyətləri və qanunvericilik çərçivəsində həll edilməsi üçün tədbirlərin görülməsi, hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində görüşlərin təşkil edilməsi;
  • Sponsorluq və ianə müraciətlərinin dəyərləndirilməsi, müqavilələrin icrasına nəzarət edilməsi və hesabatlılığın təmin edilməsi;
  • Sosial layihələrlə bağlı ayrı-ayrı qurumlar və şəxslər tərəfindən irəli sürülən təşəbbüslərin araşdırılması və birgə əməkdaşlıq məsələlərinin koordinasiya edilməsi;
  • Sosial layihələrin icrasına dair aylıq, rüblük və illik planların tərtib edilməsi və müvafiq dövrlər üzrə hesabatların hazırlanması;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə olması arzuolunandır;
  • Microsoft Office və 1C proqramlarında yaxşı işləmə bacarığı;
  • Dayanıqlı inkişaf məqsədləri (SDG-Sustainable Development Goals) və sosial məsuliyyət prinsipləri barədə məlumatlı olmaq;
  • Korporativ etika və sosial təsir dəyərlərinə sadiqlik;
  • Təşkilatçılıq qabiliyyəti, nizam-intizam, stressə davamlı, mükəmməl təqdimat bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Sosial elmlər, layihələrin idarə edilməsi, PR, beynəlxalq münasibətlər və əlaqəli sahələr üzrə Ali təhsil
  • Sosial layihələrin idarə edilməsi və vətəndaşlarla iş istiqamətində minimum 2 il iş təcrübəsi;

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily42
  • Weekly42
  • Monthly1215