Layihə meneceri / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

Layihə meneceri / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

  • Deadline 23 May 2025

Əsas vəzifə və öhdəliklər:

  • Kəşfiyyat, tədqiqat və iri kapital tikinti layihələrin planlaşdırılması və icrası üçün səlahiyyətləri çərçivəsində zəruri işlərinin aparılması;
  • Layihələrin səmərəliliyinin təmin olunması üçün səlahiyyətləri çərçivəsində optimizasiya tədbirlərini araşdırılıb hazırlanması, təklif edilməsi və zərurət yarandıqda tətbiqinin həyata keçirilməsi;
  • Layihələr üzrə Fəaliyyət Planının (layihələrin icra statusu hesabatı) hazırlanmasını rəhbərlik etmək və nəzərdə tutulmuş müvafiq işlərin vaxtında görülməsinə nəzarət olunmasını şöbənin səlahiyyətləri çərçivəsində təmin etmək;
  • Layihələrlə bağlı texniki hesabatların təhlilini (müəyyən olunmuş təhlil dərinliyi çərçivəsində) hazırlamaq;
  • Yeni investisiya layihələri üzrə təhlillər (pre-feasibility, feasibility) aparmaq;
  • Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq şöbə rəhbərliyinə təqdim etmək;
  • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanmasında iştirak etmək;
  • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, İngilis və Rus dilləri mükəmməl səviyyədə olması tələb olunur;
  • Microsoft Office və digər müvafiq proqramlar üzrə işləmək bacarığı;
  • PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması arzuolunandır;
  • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik;
  • Komanda ruhu, Təşkilatçılıq, Şəxsi və peşəkar inkişafa yönümlülük, Analitik düşüncə və riyazi biliklər, Hesabat yazma səriştəsi, Araşdırma bacarığı, Məsuliyyət, Əməkdaşlıq, Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə Ali təhsil;
  • Layihə meneceri kimi ən azı 3 il iş təcrübəsi.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.

  • Daily6
  • Weekly716
  • Monthly2615