Əsas vəzifə və öhdəliklər:
- Müəyyən edilən iş bölgüsünə və planlara uyğun fəaliyyət göstərmək;
- Hesabatların hazırlanmasında və məlumatların toplanmasında iştirak etmək;
- Torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi və dövlət ehtiyacları üçün alınması üzrə işlərdə iştirak etmək;
- Daşınmaz əmlakların alqı-satqısı, icarəsi, servitut və digər hüquqların əldə olunması və qeydiyyat proseslərini icra etmək;
- Daşınmaz əmlakların və qurğuların balansa götürülməsi, balansdan silinmə, balansdan-balansa keçirilməsi ilə bağlı zəruri işlərin görülməsində iştirak;
- Yerin təkindən istifadə üçün razılıq və icazələrin alınmasını təşkil etmək;
- Çöl-tədqiqat və kameral işlərin təşkili, yerquruluşu plan və sxemlərinin hazırlanmasını təmin etmək;
- Sənədləşmə proseslərinin düzgün aparılmasına nəzarət etmək;
- Daşınmaz əmlak və yerin təki üzrə coğrafi məlumat bazasının yaradılmasında və yenilənməsində iştirak etmək;
- Dövlət və digər təşkilatlarla qarşılıqlı əməkdaşlıqda iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, ingilis dili texniki səviyyədə tələb olunur;
- Microsoft Office, AutoCad və ArcGis proqramları üzrə işləmək bacarığı;
- Azərbaycan Respublikasının torpaq qanunvericiliyini bilməlidir;
- Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını bilməlidir;
- Yerin təkinə dair qanunvericilikdən məlumatlı olmalıdır;
- Komanda ruhu, Şəxsi və peşəkar inkişafa yönümlülük, Araşdırma bacarığı, Məsuliyyət, Əməkdaşlıq,
- Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Yerquruluşu və torpaq müfəttişliyi, torpaq kadastrı, daşınmaz əmlakın kadastrı, geodeziya mühəndisliyi və yaxın sahələr üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün,saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
- Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.