Mütəxəssis / Daşınmaz əmlakın idarə olunması şöbəsi

Mütəxəssis / Daşınmaz əmlakın idarə olunması şöbəsi

  • Deadline 16 August 2025

Əsas vəzifə və öhdəliklər:

  • Müəyyən edilən iş bölgüsünə və planlara uyğun fəaliyyət göstərmək;
  • Hesabatların hazırlanmasında və məlumatların toplanmasında iştirak etmək;
  • Torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi və dövlət ehtiyacları üçün alınması üzrə işlərdə iştirak etmək;
  • Daşınmaz əmlakların alqı-satqısı, icarəsi, servitut və digər hüquqların əldə olunması və qeydiyyat proseslərini icra etmək;
  • Daşınmaz əmlakların və qurğuların balansa götürülməsi, balansdan silinmə, balansdan-balansa keçirilməsi ilə bağlı zəruri işlərin görülməsində iştirak;
  • Yerin təkindən istifadə üçün razılıq və icazələrin alınmasını təşkil etmək;
  • Çöl-tədqiqat və kameral işlərin təşkili, yerquruluşu plan və sxemlərinin hazırlanmasını təmin etmək;
  • Sənədləşmə proseslərinin düzgün aparılmasına nəzarət etmək;
  • Daşınmaz əmlak və yerin təki üzrə coğrafi məlumat bazasının yaradılmasında və yenilənməsində iştirak etmək;
  • Dövlət və digər təşkilatlarla qarşılıqlı əməkdaşlıqda iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, ingilis dili texniki səviyyədə tələb olunur;
  • Microsoft Office, AutoCad və ArcGis proqramları üzrə işləmək bacarığı;
  • Azərbaycan Respublikasının torpaq qanunvericiliyini bilməlidir;
  • Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını bilməlidir;
  • Yerin təkinə dair qanunvericilikdən məlumatlı olmalıdır;
  • Komanda ruhu, Şəxsi və peşəkar inkişafa yönümlülük, Araşdırma bacarığı, Məsuliyyət, Əməkdaşlıq,
  • Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Yerquruluşu və torpaq müfəttişliyi, torpaq kadastrı, daşınmaz əmlakın kadastrı, geodeziya mühəndisliyi və yaxın sahələr üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün,saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
  • Əmək haqqı və əlavə imtiyazlar:
  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1759