Əsas vəzifə və öhdəliklər:
- Vəzifəyə yeni təyin edilmiş (o cümlədən bir vəzifədən digər vəzifəyə keçirilmiş) işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin təlimatlandırmanın həyata keçirilməsi, eyni zamanda işçilər ilə təkrar, plandan kənar və birdəfəlik təlimatlandırmanın aparılmasının təşkil və icra edilməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili məqsədi ilə görülən işlərdə iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə prosedur, qaydaların təlimatların hazırlanmasında iştirak etmək;
- Qonaqlara, işə yeni qəbul edilmiş işçilərin, istehsalat sahələrinə ezam edilmiş işçilərə, təcrübə keçmək üçün gələn təcrübəçilərə və işlərin (xidmətlərin həyata keçirilməsinə) aparılması üçün gələn şəxslərə əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə giriş təlimatın keçirilməsini təşkil etmək;
- Səlahiyyətləri çərçivəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması, yanğından mühafizə sahələri üzrə Cəmiyyətin işçi heyətinin (bu sahəyə düşən) biliklərin yoxlanmasının vaxtında və keyfiyyətli keçirilməsi istiqamətində səlahiyyətlərinə aid işlərin icra edilməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə qanunvericiliyin və Cəmiyyətdaxili normativ sənədlərin tələblərinə əməl edilməsinə mütəmadi nəzarət olunmasında iştirak etmək;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə öz səlahiyyətləri çərçivəsində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, o cümlədən iş şəraitinin yaxşılaşdırılmasına yönələn müvafiq kompleks planların hazırlanmasında iştirak etmək;
- Cəmiyyətdaxili və şöbədaxili müəyyən olunmuş formalara uyğun olaraq aidiyyəti gündəlik, aylıq, illik müvafiq hesabatları tərtib etmək və SƏTƏM üzrə sektor müdirinə təqdim etmək;
- Şöbənin səlahiyyətləri çərçivəsində şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti hadisələrin araşdırılmasının nəticələrinin təhlil edilməsində iştirak etmək;
- Cəmiyyətin inzibati binasında iş fəaliyyəti aparan işçi heyətinin əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə Cəmiyyətdaxili prosedur, qayda və təlimatlar ilə tanış olunmasını səlahiyyətləri çərçivəsində təmin etmək;
- Şöbənin fəaliyyət istiqamətlərinə aid olan imzalanmış müqavilələrin icrasına nəzarətinin təmin edilməsində və icrasında iştirak etmək;
- Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin iş yerlərinin atestasiyasının həyata keçirilməsi üzrə koordinasiya işlərində və nəticələrə uyğun olaraq tədbirlər planının hazırlanmasında və tərtib edilmiş tədbirlər planın icrasına nəzarət olunmasında iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Microsoft Office proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır;
- Müvafiq qanunvericilik aktları və normaları üzrə biliklər;
- ISO 45001 standartlarının üzrə biliklər;
- Əməyin təhlükəsizliyi, ətraf mühit sistemləri sahəsində əsas tələb və prinsiplər üzrə biliklər;
- Korporativ ünsiyyət, Təhliletmə, Təqdimat, Əməkdaşlıq, Məsuliyyətlilik, Nizam-intizam, Təşəbbüskarlıq, Stresə davamlı, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali bakalavr təhsili;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00- dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.