SƏTƏM üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

SƏTƏM üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

  • Deadline 14 May 2026

Əsas vəzifə öhdəlikləri

SƏTƏM siyasət və prosedurlarının tətbiqi:

  • Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək.

Audit və təftiş:

  • Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.

Uyğunsuzluqların idarəolunması:

  • Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.

Təlim və təlimatlandırma:

  • Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək.

Hadisələrin araşdırılması:

  • Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.

Monitorinq və hesabatlılıq:

  • SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək.

Fövqəladə hallara hazırlıq:

  • Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.

Kommunikasiya və məlumatlandırma:

  • İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək.

Risklərin müəyyən edilməsi:

  • İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək.

Podratçılara nəzarətdə iştirak:

  • Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması.

SƏTƏM inventar və materialların izlənməsi:

  • SƏTƏM üzrə fərdi mühafizə vasitələrinin və digər materialların istifadəsini və anbar qalığını izləmək, ehtiyaclar barədə rəhbərliyə məlumat vermək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Əməyin Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühitin İdarə Edilməsi və ya digər Mühəndislik dərəcəsi)
  • Minimum 3 illik müvafiq SƏTƏM təcrübəsi

İş qrafiki: Növbəli iş rejimi.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly363
  • Monthly2072