Şöbə müdiri / Biznes Proseslərin Keyfiyyətinin İdarəedilməsi Şöbəsi

Şöbə müdiri / Biznes Proseslərin Keyfiyyətinin İdarəedilməsi Şöbəsi

  • Deadline 19 Yanvar 2025

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin biznes proseslərinin idarə olunması, strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
  • Mədənçilik əməliyyatlarında proseslərin və prosedurların optimallaşdırılması və təkmilləşdirilməsi üzrə layihələrə rəhbərlik etmək;
  • Keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi üçün auditlər və təftişlərin keçirilməsini təşkil etmək;
  • Keyfiyyət göstəricilərinin təhlili və hesabatların hazırlanmasını təmin etmək;
  • Problemlərin təhlili və əsas səbəblərinin müəyyən edilməsi üçün metodologiyalar tətbiq etmək;
  • Keyfiyyətə Nəzarət Planının hazırlanması və prosedurların icrasına nəzarət etmək;
  • Sınaq laboratoriyasında avadanlıqların düzgün istifadə edilməsinə nəzarət edilməsini təmin etmək;
  • Sınaq laboratoriyasında avadanlıqların dövlət yoxlamalarından vaxtında keçirilməsinin və avadanlıqların kalibrasiya olunmasının təmin edilməsinə nəzarət etmək;
  • Sınaq laboratoriyasının akkreditasiyasının təşkil edilməsini həyata keçirmək;
  • Hazır məhsullara uyğunluq sertifikatlarının alınması və yenilənməsi işinin təşkil edilməsini təmin etmək;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanmasını, onların vaxtında və düzgün şəkildə tətbiq olunmasını təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur.
  • Kommunikasiya bacarıqları, problem həll etmə və qərar qəbul etmə bacarığı, liderlik, analitik düşünmə bacarıqları;
  • Məlumatları təhlil etmək, performansa nəzarət etmək və uyğunluğu izləmək üçün mədən proqramlarından, laboratoriya avadanlıqlarından və keyfiyyətə nəzarət alətlərindən istifadə etmək.
  • Məhsulların keyfiyyət standartlarına cavab verməsini təmin etmək üçün texniki sənədləri, təlimatları və planları oxuma və təhlil etmə bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Keyfiyyətə nəzarət, proseslərin optimallaşdırılması, komplayns, daxili nəzarət sahəsində və ya əlaqədar sahədə ən azı 5 il iş təcrübəsi, İdarəetmə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
  • Ali təhsil. Dağ-mədən mühəndisliyi, geologiya, biznesin idarəedilməsi və ya əlaqəli sahədə ali təhsili olan namizədlərə üstünlük verilir.
  • Keyfiyyət idarəetmə sistemləri (ISO 9001, ISO 14001, ISO 45001, ISO 17025) və keyfiyyətə nəzarət standartları üzrə təcrübə tələb olunur.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.
  • Daily22
  • Weekly529
  • Monthly1666