Şöbə müdirinin müavini / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi

Şöbə müdirinin müavini / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi

  • Deadline 8 June 2026

Vakansiyaya dair tələblər:

  • Şöbənin fəaliyyəti üzrə iş bölgüsünün icrasına nəzarət etmək və hesabatlar hazırlayaraq şöbə müdirinə təqdim etmək;
  • Cəmiyyətdə İdarəetmə sistemləri üzrə beynəlxalq standartların tətbiqini həyata keçirməsi, təhlil edilməsinə nəzarət etmək və təkmilləşdirməyə dair təkliflər vermək;
  • İMS üzrə Cəmiyyətin malik olduğu beynəlxalq sertifikatın tələbləri və prinsipləri istiqamətində işlərin icrasına nəzarət etmək;
  • İstehsalın mərhələləri üzrə Şöbənin fəaliyyət istiqamətləri üzrə hesabatlar hazırlamaq və şöbə müdirinə təqdim etmək;
  • Keyfiyyətə nəzarət üzrə işlərə nəzarət etmək;
  • Keyfiyyətin təminatı üzrə işlərə nəzarət etmək;
  • Metrologiya ilə bağlı işlərə nəzarət etmək;
  • Qurğu və avadanlıqların pasportlaşması, Təhlükə potensiallı obyektlərdə istifadə оlunan texniki qurğular və avadanlıqlar üçün müvafiq ekspertiza rəyinin verilməsi və reyestrə salınması ilə bağlı işlərin təşkil edilməsi;
  • Keyfiyyətə nəzarət, keyfiyyətin təminatı və metroloji nəzarət üzrə fəaliyyətlərə dair aylıq hesabatlar hazırlamaq və şöbə müdirinə təqdim etmək;
  • Şöbənin fəaliyyəti üzrə fəaliyyət göstəridyi podratçılarla işi təşkil etmək, onların işlərinə nəzarət etmək;
  • Keyfiyyətə nəzarət, Keyfiyyətin təminatı və metrologiya sahələrini əhatə edən şöbənin əməkdaşları tərəfindən keçiriləcək təlimlərin təşkil edilməsi;
  • Cəmiyyətin tətbiq etdiyi standartlar üzrə daxili auditin təşkil edilməsi;
  • Cəmiyyətin tətbiq etdiyi standartlar üzrə xarici auditin təşkil edilməsi;
  • Cəmiyyətin əməkdaşlarına İMS-in tələbləri üzrə sorğunun keçirilməsi;
  • İMS in tələbləri istiqamətində rəhbərliyi tərəfindən təhlilin keçirilməsinin təşkil edilməsi;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək;
  • Əmək intizamına və Cəmiyyətdaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, Rus dili və İngilis dili yaxşı səviyyədə olmalı;
  • MS Office proqramları üzrə işləmək bacarığı;
  • Müvafiq sahə üzrə qanunvericilik aktları və normalarını;
  • İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001/İSO 17025) və auditin keçirilməsi üzrə (İSO 19011) standartları;
  • Vəzifə səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair menecment sisteminin (ISO 37001:2016) tələbləri;
  • İdarəetmə sistemlərində auditin keçirilməsi təcrübəsi;
  • Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin İdarəedilməsi Sistemləri sahəsində əsas tələb və prinsiplərini;
  • İdarəemə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması;
  • İş yeri üzrə xüsusi sertifikasiya tələb olunur;
  • Məsuliyyət, əməkdaşlıq, dürüstlük, innovativlik-öz üzərində işləmə, çeviklik, nəticəyönümluk, planlama, təşəbbüskarlıq, çeviklik və dəyişikliklərin idarə olunması, strateji düşünmə və nəticəyönümlülük, liderlik və insanlarla işləmə bacarığı, analitik düşüncə və problem həll etmə.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi, ən azı 2 il idarəetmə təcrübəsi;
  • Ümumi təcrubə müddəti ən azı 6 il.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.
  • Korporativ nömrə.
  • Ay ərzində 2 dəfə hibrid iş rejimi.
  • Dəyişkən iş qrafiki.
  • Tibbi sığorta.
  • Parkinq.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily7
  • Weekly657
  • Monthly790