“Azeri Mining Group” MMC-də Layihələrin idarə olunması üzrə mütəxəssis vəzifəsinə əməkdaş tələb olunur.
Vəzifə Öhdəlikləri:
- Məlumatların toplanması və analizi
- Rəhbərliyə dövri və yekun hesabatların təqdim edilməsi
- Layihələrin idarə olunması ilə bağlı tapşırıqların icrası
- Layihələrin planlanması və icra prosesinə nəzarət
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi
- MS Project və MS Office proqramlarında işləmə bacarığı
- İngilis və rus dillərini bilmək arzuolunandır
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarıqları
- Analitik düşüncə və məsuliyyətlilik
Əmək şəraiti:
- İş yeri: Xırdalan
- İş rejimi: 5 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihələrin idarə olunması üzrə mütəxəssis” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.