Satınalma üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə kiçik mütəxəssis

  • Deadline 12 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azeri Mining Group MMC Satınalma və Təchizat şöbəsi üzrə Satınalma üzrə kiçik mütəxəssis vəzifəsinə əməkdaş axtarır.

Vəzifə öhdəlikləri

  • Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
  • Mal və xidmətlərin satınalma prosesinin təşkili və koordinasiyası;
  • Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması;
  • Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması;
  • Müqavilələrin, hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması və idarə edilməsi;
  • Nəqliyyat və logistika xərclərinin optimallaşdırılması;
  • Satınalma və logistika prosesləri üzrə müvafiq hesabatların hazırlanması;
  • Satınalma və logistika əməliyyatları üzrə məlumatların ERP sistemində qeydiyyata alınması.

Namizədə dair tələblər

  • İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi arzuolunandır;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
  • Müqavilə və satınalma sənədləri ilə işləmək bacarığı;
  • İngilis dili biliyi – yaxşı səviyyədə;
  • Analitik düşünmə, detallara diqqət və ünsiyyət bacarıqları.

İş şəraiti

  • İş yeri: Xırdalan;
  • İş qrafiki: 5 günlük, 09:00–18:00;
  • Əmək haqqı: 500–600 AZN;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly261
  • Monthly841