Azericard Azericard
  • 1.3K

Backend developer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Backend developer

  • Deadline 24 Noyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Backend developer axtarırıq.

 Vəzifəyə olan tələblər:

  • 3+ illik Java/J2EE proqramlaşdırma təcrübəsi
  • Java və OOP dizayn prinsipləri bilikləri
  • Spring (xüsusilə Spring Boot) üzrə iş təcrübəsi
  • RESTful API backend inteqrasiyası üzrə iş təcrübəsi
  • Microservice arxitekturası, web servislər üzrə iş təcrübəsi 
  • Proqramlaşdırma problemlərini araşdırmaq və həll etmək bacarığı
  • Oracle verilənlər bazası ilə iş təcrübəsi
  • Design patterns ilə iş təcrübəsi
  • Riyazi alqoritmlər və müasir DevOps üzrə bilik və bacarığı

Vəzifə öhdəlikləri:

  • Proqram təminatının hazırlanması və istismara çıxarılması, quraşdırılması və tətbiqi  
  • Mövcud proqram təminatlarında yeni funksionallıqların əlavə edilməsi
  • Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını təmin edir; 
  • Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görür və onların yaranma səbəblərini vaxtında araşdırır;
  • Cavabdeh olduğu və yaratdığı sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında rəhbərliyə vaxtında məlumat verir;
  • Qəbul etdiyi təsdiqlənmiş tələblərə görə cavabdeh olduğu sistemlərin və Şirkət tərəfindən xidmət göstərən avadanlıqların proqram təminatında lazım olan dəyişiklikləri və tənzimləmələri həyata keçirdir;
  • Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarət edir və onların bitməsinə yaxın şöbə müdirini məlumatlandırır;
  • Həvalə olunmuş infrastrukturu müasirləşdirmə məqsədi ilə yeni avadanlıqların və proqram təminatın alınması üçün təkliflər verir

Namizədlərdən CV-lərini "Backend developer" mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

  • Daily40
  • Weekly633
  • Monthly1656