Elektrik mühəndisi

  • Deadline 11 İyul 2026

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: “Elektrik mühəndisi”

Vəzifəyə olan tələblər:

  • Ali təhsilli (Elektrik mühəndisliyi ixtisası arzu olunandır);
  • Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • Elektrik  avadanlıqlarının konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək; 
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Elektrik sistemləri və təhlükəsizlik standartları üzrə biliklər;
  • AutoCAD biliyi üstünlükdür;
  • Data Mərkəzləri üzrə enerji infrastrukturunda iş təcrübəsinin olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilmək;
  • Elektrik xətlərinin çəkilişi zamanı texnoloji ardıcıllığının qorunub saxlanılmasının təmin edilməsi; 
  • Sxemlərə (layihəyə) uyğun elektrik şəbəkələrinin montajının aparılması; 
  • Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq; 
  • Aşkar olunmuş nasazlıqları aradan qaldırılması; 
  • Şirkət daxili qaydalara, təlimat və prosedurlara riayət edilməsi; 
  • Transformator, kabel xətləri, panellər, generatorlar, invertor sistemləri, PDU-lar və digər avadanlıqların işləmə prinsipi haqqında məlumatlı olması;
  • Test, yoxlama və istismara hazırlıq proseslərində iştirak;
  • Elektrik təhlükəsizliyi qaydalarının tətbiqinə nəzarət;
  • Podratçı işlərinin keyfiyyət yoxlanışı və texniki hesabatların hazırlanması;
  • İnzibati bina icarə sahələri və Data mərkəz üzrə elektrik avadanlıqlarının montaj və demontaj edilməsi işlərində iştirak etmək;
  • Enerji hesabatlarının periodik olaraq tərtib edilməsi.

Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly688
  • Monthly1412