Azericard Azericard
  • 180

Kibertəhlükəsizlik vasitələrinin idarə edilməsi bölməsinin rəhbəri

Kibertəhlükəsizlik vasitələrinin idarə edilməsi bölməsinin rəhbəri

  • Deadline 4 İyun 2026

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Kibertəhlükəsizlik vasitələrinin idarə edilməsi bölməsinin rəhbəri

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 5 il, idarəçilik sahəsində isə ən azı 1 il iş təcrübəsi;
  • Müasir hücum metodlar, alətlər və texnologiyalar, informasiya təhlükəsizliyinə cari təhdidlər və informasiyanın mühafizəsi vasitələri haqqında anlayışlar;
  • Ən azı 5 kateqoriya informasiya mühafizə vasitələrinin istismar tərcrübəsi (AV/EDR, ATM security, MDM/MAM, NGFW, IPS/IDS, WAF, Anti-DDOS, DAG, DAM, FIM, DLP, e-mail/web security gateway, PIM/PAM, UEBA, HSM);
  • Administrator səviyyəsində Windows və Linux bilikləri;
  • Kommutasiya və marşrutizasiya şəbəkə prinsiplərindən anlayışın olması;
  • Məlumat baza sistemləri barədə əsas biliklərin olması (Oracle, Postgres, MS SQL);
  • Kommunikasiya bacarıqlarının yüksək səviyyədə olması, komanda işinin koordinasiya edilməsi bacarığının olması.

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi sistemlərinin inzibatçılığı üzrə mühəndislərə tapşırıqların verilməsi və görülən işlərin nəticələrinin monitorinq edilməsi;
  • İnformasiya təhlükəsizliyi sistemlərinin inzibatçılığı üzrə mühəndislərə təlimlərin keçirilməsi;
  • İnformasiya təhlükəsizliyi sistemlərinin inzibatçılığı çərçivəsində proseslərin effektivliyinə nəzarət edilməsi və proseslərə təkmilləşdirmələrin aparılması;
  • “SOC” xidmətlərinin metodiki, proses yönümlü və texniki bazaların işlənməsində və dəstəklənməsində iştirak edilməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinə cavab vermə prosesi çərçivəsində digər şöbə əməkdaşları ilə qarşılıqlı işlərin görülməsi; 
  • Analitik işlərin aparılması, hesabatların hazırlanması;
  • Texniki təhlükəsizlik qaydalarına riayət edilməsi.

Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily89
  • Weekly246
  • Monthly379