Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq mütəxəssisi (SOC L1)

Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq mütəxəssisi (SOC L1)

  • Deadline 3 Avqust 2026

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq mütəxəssisi (SOC L1)

Vəzifəyə olan tələblər:

  • İnformasiya təhlükəsizliyi, İT ixtisasları üzrə ali təhsil;
  • Azərbaycan dili sərbəst, rus dili arzuolunan, ingilis dili texniki və terminalojı bilməsi;
  • İnformasiya təhlükəsizliyi / İnformasiya texnologiyaları  sahəsində baza biliklər;
  • Analitik proqram təminatı (ELK, SIEM) üzrə biliklər və ya iş təcrübəsi arzuolunandır;
  • Proqramlaşdırma üzrə hər hansı bir “Query language” üzrə baza biliklər və ya iş təcrübəsi arzuolunandır;
  • Əməliyyat sistemləri, şəbəkələr, veb, verilənlər bazaları üzrə baza biliklər;
  • Analitik düşüncə qabiliyyəti;
  • Stressə davamlılıq, özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
  • Vaxt cədvəlinə uyğun işləyən komandada, çox funksional rejimdə, vaxt məhdudiyyətinə ciddi riayət edərək çalışma qabiliyyəti;
  • Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq monitorinqi sahələrində peşəkarlığını inkişaf etmə arzusu və bunun reallaşdırmasına hazırlıq.

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi üzrə “alert”-ların monitorinqi, aşkarlanan pozuntu üzrə ilkin araşdırma (“triage”) və cavabvermə (“SOC L1” funksiyası);
  • Monitorinq zamanı əməliyyatların təhlili və analizi.

Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).

  • Daily2
  • Weekly2
  • Monthly402