Kommunikasiya şöbəsinin mütəxəssisi

  • Истекает 8 май 2025

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və Rus dillərini bilməsi, İngilis dili arzuolunandır;
  • Bank, Satış və ya Partnyor münasibətləri sahələri üzrə minimum 1 il iş təcrübəsi; 
  • Şirkət tərəfdaş çıxdığı partnyorlar haqqında dərin biliklər olması;
  • Şirkət fəaliyyətinin əsas istiqamətləri və xidmətləri haqqında dərin biliklər;
  • Yaxşı kommunikasiya və təqdimat bacarığı;
  • Bir komandada işləmək bacarığı, punktuallıq, aktivlik və məsuliyyətlik.

Vəzifə öhdəlikləri: 

  • Müştərilərə yeni və ya mövcud olan məhsullar haqqında məlumat vermək;
  • Partnyorlarla təsdiq edilmiş plana əsasən görüşlər keçirmək və görüşlərin hesabatını hazırlamaq;
  • Şirkətdaxili və şirkətxarici (KİV, yerli və beynəlxalq təşkilatlar və sair) kommunikasiyanı həyata keçirmək;
  • Şirkətin PR və məhsulların reklam kampaniyalar zamanı kommunikasiyada dəstək göstərmək;
  • Şirkətin partnyorları üçün müxtəlif formal və qeyri formal görüşləri, forumları, səfərləri və digər tədbirləri təşkil etmək;
  • Partnyorlarla münasibətlərin davamlılığını təmin etmək məqsədi ilə əlaqələri möhkəmləndirmək;
  • Partnyorlar ilə münasibətlərin rəsmiləşdirilməsi üzrə müvafiq sənədləri hazırlamaq.

Namizədlər Müraciət et butonunda qeyd edilən linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily127
  • Weekly402
  • Monthly1656