Operator call center

  • Deadline 18 Dekabr 2025

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Operator call center

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan, Rus İngilis dillərini bilməsi mütləqdir;
  • Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
  • Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı;
  • Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa bilmə bacarığı;
  • Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
  • Böyük həcmdə işlərə hazırlıq;
  • Doğru və aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı;
  • Kompüter proqramların bilmə bacarığı;
  • Növbə ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla).

Vəzifə öhdəlikləri: 

  • Daxil olan zənglərin qəbulu və emalı;
  • Müştərilərə kartlarla əməliyyatlar üzrə və kart hesabların informasiyası və konsultasiyası ilə təmin edilməsi;
  • Şirkətin məhsulları və xidmətləri haqqında məlumat verilməsi;
  • Kart sahiblərindən olan sorğu və müraciətlərlə bağlı sənədləşdirilməsi;
  • Müştəri sorğuların emalı;
  • Xidmətə qoşulmaq üçün müştərilərin cəlb edilməsi ;

Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).

  • Daily25
  • Weekly567
  • Monthly567