Satınalma xidmətinin rəhbəri

  • Deadline 3 May 2026

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Satınalma sahəsində 5 il, idarəçilik sahəsində 3 il iş təcrübəsi;
  • Rus və ingilis dil biliyi (üstünlük verilir);
  • “Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə bilik;
  • Liderlik, qərarvermə, vaxtın və resursların idarə olunması bacarığı;
  • Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • İşin təşkili, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün aparılması və rəhbərlik edilməsi;
  • Satınalma axınına nəzarət;
  • Satınalma qaydalarınln tələblərinə uyğun tender və kotirovka sorğularına, hesab fakturaların, elektron qaimələrin, aktların və daxil olan məktubların cavablandırılmasına nəzarət;
  • Tenderlərdə iştirak etmək və yeni müqavilə imkanlarını dəyərləndirmək;
  • Satınalma proseslərinin effektivliyini və uyğunluğunu təmin etmək;
  • Satınalma predmetləri üzrə işçilərin vəzifə və öhdəliklərinə uyğun iş bölgüsünü təyin edilməsi;
  • Zəruri hesabatlığın təmin edilməsi;
  • Digər vəzifədən irəli gələn işlərin icrası.

Namizədlər Müraciət Et düyməsində göstərilən link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly537
  • Monthly362